De Broyl dalğaları

De Broyl dalğaları — 1923-cü ildə fransız fiziki Lui de Broyl fotonun dalğa-korpuskul dualizm xassəsinin maddənin bütün zərrəciklərinə-elektron, proton, neytron və atomlara da xas ola bilmə hipotezini irəli sürür. Onun ideyasına görə, hər hansı bir zərrəcik E enerjiyə, eləcə də, p impulsuna malik olarsa, belə halda həmin zərrəciyin hərəkətinə tezliyi ν= və dalğa uzunluğu λ= olan dalğaya uyğun gəlir. Belə dalğalara de Broyl dalğaları deyilir.

De Broylun nəzəri əsaslandırdığı adıçəkilən hipotez 1927–1928-ci illərdə aparılan təcrübələr nəticəsində təstiqləndi. Fərziyyənin təsdiqi elektronların kristal qəfəsdə difraksiyası təcrübələrinə əsaslanır. Maddə zərrəciyi olan elektronun dalğa xassələrini təsbit etmək məqsədilə elə cihaz tələb olunurdu ki, həmin cihazın parametrləri elektron dalğasının uzunluğu tərtibində olsun. Bu zaman aşkarlanmışdır ki, dalğa uzunluğunun bu qiyməti kristal qəfəslərdə atomlararası məsafə tərtibindədirlər. Məhz bu səbəbdən, aparılan təcrübələrdə kristal qəfəsdən keçərkən elektron dəstəsinin difraksiyainterferensiyası müşahidə edildi. Bununla da, təbiətin ən vacib qanunlarından biri sayılan- materiyanın dalğa-korpuskulyar xassəsinə sahib olması nəzəri və eləcə də, təcrübi yolla təsdiq edildi.

Ehtimal dalğaları

[redaktə | mənbəni redaktə et]

Mikrozərrəciklərin dualist (ikili) təbiəti barədə nəzəriyyə mikroaləm haqqında təsəvvürləri tamamilə dəyişdi. Bununla meydana çıxan nəzəriyyədə dalğa və korpuskulyar xassələr bir-birini inkar etmir. Bunun əksinə olaraq, bir-birini tamamlayır. Beləliklə, dalğa və yaxud, kvant mexanikasının başlağıcı qoyuldu. Bu nəzəriyyədən çıxan digər bir fikrə görə zərrəciyi fəzanın verilmiş nöqtəsində müəyyən ehtimalla müşahidə etmək mümkündür. Məhz bu səbəbdən, de Broyl dalğalarını bəzən "ehtimal dalğaları" kimi də adlandırırlar.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

http://e-derslik.edu.az/books/282/units/unit-1/page158.xhtml