"Dekameron" (it. Il Decamerone) — Covanni Bokkaççonun eyniadlı əsəri əsasında 1971-ci ildə rejissor Pyer Paolo Pazolininin çəkdiyi film. Janrına görə poetik-fəlsəfi retro komediyadır.[2] Rejissorun "Həyat trilogiyası"na daxil olan birinci filmdir.[3] Həmin trilogiyaya həmçinin "Kenterberi hekayələri" (1972) və "Min bir gecənin gülü" (1974) filmləri də daxildir.
Dekameron | |
---|---|
it. Il Decamerone | |
Janr |
komediya dram |
Rejissor | Pyer Paolo Pazolini |
Prodüser | Alberto Qrimaldi |
Əsərin müəllifi | Covanni Bokkaçço |
Ssenari müəllifi | Pyer Paolo Pazolini |
Baş rollarda |
Franko Çitti Ninetto Davoli Yovan Yovanoviç Angela Lüçe Pyer Paolo Pazolini Silvana Manqano Vinçenso Kristo Qabriella Frankel Vinçenso Amato Qvido Alberti |
Operator | Tonino Delli Kolli |
Bəstəkar | Ennio Morrikone |
Rəssam | Dante Ferretti |
İstehsalçılar |
Produzioni Europee Associati Les Productions Artistes Associés Artemis Film |
Distribütor | Netflix |
İlk baxış tarixi | 29 iyun 1971[1], Qərbi Almaniya (Berlin Film Festivalı) |
Filmin növü | bədii film |
Müddət | 111 dəqiqə |
Ölkələr |
İtaliya Fransa Almaniya |
Dillər |
italyan dili ispan dili |
İl | 1971 |
Rəng | rəngli |
Çəkiliş yeri | Sentr |
IMDb | ID0065622 |
Vikianbarda əlaqəli mediafayllar |
Film bir-birilə heç bir bağlılığı olmayan yeddi novelladan ibarətdir. Filmdə parlaq, istehzalı və komik əhvalatlarla dərin səmimiyyət doğuran, fəlsəfi-lirik epizodlar birləşir. Birinci misala tacir Andreuçço və monastırdakı bağban haqqında əhvalatı, ikinciyə isə zadəgan qadınla nökərin sevgisi və ölən adamın öz dostunun yanına gəlməsini aid etmək olar. Burada Bokaççonun əsərinin uğurlu təqdimatı ilə yanaşı, orta əsrlər İtaliyasının məişəti və adətlərini də görmək mümkündür.
Filmdəki kəndli, sənətkar və rahibə obrazları olduqca koloritli və realdır. Rejissor Pyer Paolo Pazolini özü burada təxəyyül məhsulu olan, kilsədə işləməyə gəlmiş rəssam Cotto rolunu ifa edir. Ədəbi nümunədə belə bir qəhrəman olmasa da, əsərdə onun yaradıcılığı haqqında məlumat verilir.
Pazolininin "Dekameron"u elə Bokaççonun "Dekameron"u kimidir. Bu əsər insanpərvərlik himni, insanın tərənnümü və onun həyatının incə, hərtərəfli təsviri deməkdir.
Filmdə istifadə olunmuş novellaların siyahısı:[4]
Film Berlin Film Festivalında münsiflər heyətinin xüsusi mükafatına layiq görülmüşdür.[5]