Demetrio Albertini (23 avqust 1971[1][2][…]) — Keçmiş italiyalı futbolçu. Mövqeyi yarımmüdafiəçi olub. Karyerasının böyuk hussəsini "Milan" klubunda keçirib. 12 il İtaliya millisinin üzvu olub. Milli komandanın heyətində çıxışı zamanı 79 oyun keçirib, 3 qol vurub. Milli komanda ilə Dünya (1994) və Avropa (2000) çempionatlarının gümüş mükafatçısı olub.
Demetrio Albertini | |
---|---|
it. Demetrio Albertini | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 23 avqust 1971[1][2][…] (53 yaş) |
Vətəndaşlığı | |
Boyu | 180 sm |
Çəkisi | 75 kq |
Mövqeyi | yarımmüdafiəçi |
Vikianbarda əlaqəli mediafayllar |
Albertini "Milan"ın futbol məktəbinin yetirməsidir və 17 yaşında A Seriyasında debüt etdikdən sonra böyük klubda 14 çox uğurlu il keçirdib. 1988–1989 mövsümündə Arriqo Sakkinin rəhbərliyi altında əsas komandaya dəvət edilir. 15 yanvar 1989-cu ildə, "Milan"ın "Komo" üzərində 4–0 evdə qalib gəldiyi oyunda debüt edir.
O, 1990–91 mövsümünün bir hissəsini təcrübə qazanmaq üçün B Seriyasında yarışan "Padova Calcio" klubunda icarə əsasında keçirdir. Burada 28 oyunda meydana çıxaraq 5 qol vurur və daha sonra ən perspektivli gənc italyan ulduzlarından biri kimi "Diadora" şirkəti tərəfindən mükafata layiq görülür.[3] "Padova" ilə uğurlu mövsümdən sonra o, 1991–92 mövsümündə Fabio Kapellonun rəhbərliyi altında 4 nömrəli köynək geyinərək "Milan"ın həmin mövsüm məğlubiyyətsiz titul qazanmasına köməklik göstərərək, 1991–92 mövsümündə özünü "Milan"ın böyük komandasının əsas heyətində özunə yer edir.
Albertini "Milan"la 1991–92-ci il mövsümündə A Seriya çempionluğunu qeyd edir.
Albertini "Milan"da 1992, 1993 və 1994-cü illərdə ardıcıl üç A Seriyası çempionluğu titulunu qazanır və 1996 və 1999-cu illərdə daha iki dəfə çempion olur. Bundan əlavə, o, "Milan" ilə Çempionlar Liqasında 41 oyun keçirir. Rossonerilər 1993–1995-ci illər arasında ardıcıl üç finala yüksələrək 1994-cü ildə kuboku qazanır. O, klubda oynadığı müddətdə iki dəfə UEFA Superkuboku, üç İtaliya Superkuboku və bir Qitələrarası Kubok qazanıb. Albertini 2002-ci ilə qədər "Milan"da qalır. Sonradan Albertinin keçmiş komanda yoldaşı olmuş məşqçi Karlo Ançelotti onun mövqeyində meydana çıxan Andrea Pirlonu oynatmağa üstünlük verir. Dimitrio "Milan" heyətində ümumilikdə 293 oyunda meydana çıxaraq 21 qol vurur. "Milan"ın heyətində bütun turnirlərdə isə, 406 oyunda iştirak edərək 28 qol vurub.[4][5]
Milandan ayrıldıqdan sonra Albertini müxtəlif komandaların şərəfini qoruyur. 2002–03 mövsümünü İspaniyanın "Atletiko Madrid" klubunda icarə əsasında keçirdir və burada meydana çıxdığı 28 oyunda 2 qol vurur.
2003–04 mövsümündə "Latsio" klubunun oyunçusu Cüzeppe Pankaro ilə dəyişdirilir və "Latiso" klubuna keçir.[6] Burada, "Milan"da qazana bilmədiyi İtaliya Kubokunu qazanır və klub üçün 23 oyunda meydana çıxaraq 2 qol vurur.[7]
2004–05 mövsümünə "Atalanta" klubunda başlayır. "Atalanta"da 14 oyunda meydana çıxır və debüt oyununda qol vurur.[8] Yanvar ayında, keçmiş komanda yoldaşı olmuş Frank Raaykardın dəvəti ilə "Barselona" klubuna qoşulur və burada 5 oyunda meydana çıxaraq "Barselona"nın İspaniya çmpionu olmasına kömək edir.[9]
Klub | Mövsüm | Liqa | Kubok | Avropa | Digər | Toplam | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Divizion | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
Milan | 1988–89 | A Seriyası | 1 | 0 | 0 | 0 | – | – | – | – | 1 | 0 |
1989–90 | 1 | 0 | 0 | 0 | – | – | – | – | 1 | 0 | ||
1990–91 | 0 | 0 | 2 | 0 | – | – | – | – | 2 | 0 | ||
1991–92 | 28 | 3 | 5 | 0 | – | – | – | – | 33 | 3 | ||
1992–93 | 29 | 2 | 6 | 0 | 7 | 1 | 1 | 0 | 43 | 3 | ||
1993–94 | 26 | 3 | 0 | 0 | 13 | 1 | 2 | 0 | 41 | 4 | ||
1994–95 | 30 | 2 | 4 | 0 | 11 | 0 | 2 | 0 | 47 | 2 | ||
1995–96 | 30 | 0 | 3 | 0 | 5 | 0 | – | – | 38 | 0 | ||
1996–97 | 29 | 8 | 2 | 0 | 5 | 1 | 1 | 0 | 37 | 9 | ||
1997–98 | 28 | 0 | 9 | 2 | – | – | – | – | 37 | 2 | ||
1998–99 | 29 | 2 | 3 | 0 | – | – | – | – | 32 | 2 | ||
1999–2000 | 26 | 1 | 1 | 0 | 5 | 0 | 1 | 0 | 33 | 1 | ||
2000–01 | 12 | 0 | 2 | 0 | 11 | 2 | – | – | 25 | 2 | ||
2001–02 | 24 | 0 | 4 | 0 | 8 | 0 | – | – | 36 | 0 | ||
Toplam | 293 | 21 | 41 | 2 | 65 | 5 | 7 | 0 | 406 | 28 | ||
Padova (icarə) | 1990–91 | B Seiyası | 28 | 5 | – | – | – | – | – | – | 28 | 5 |
Atletiko Madrid | 2002–03 | La Liqa | 28 | 2 | 2 | 1 | – | – | – | – | 30 | 3 |
Latsio | 2003–04 | A Seriyası | 23 | 2 | 4 | 0 | 8 | 0 | – | – | 35 | 2 |
Atalanta | 2004–05 | A Seriyası | 14 | 1 | 2 | 1 | – | – | – | – | 16 | 2 |
Barselona | 2004–05 | La Liqa | 5 | 0 | – | – | 1 | 0 | – | – | 6 | 0 |
Karyerasında toplam | 391 | 31 | 49 | 4 | 74 | 5 | 7 | 0 | 521 | 40 |
Milli komanda | İl | Oyun | Qol |
---|---|---|---|
İtaliya | 1991 | 1 | 0 |
1992 | 4 | 0 | |
1993 | 6 | 0 | |
1994 | 14 | 0 | |
1995 | 8 | 2 | |
1996 | 7 | 0 | |
1997 | 9 | 0 | |
1998 | 10 | 0 | |
1999 | 6 | 0 | |
2000 | 11 | 0 | |
2001 | 2 | 0 | |
2002 | 1 | 0 | |
Toplam | 79 | 2 |