Demokrat Vladimir Leonov (1 aprel 1926, Bakı – 15 mart 1969, Damansk adası, Heyluntszyan) — SSRİ sərhədçisi, polkovnik, Sovet İttifaqı Qəhrəmanı. Damanskiy adasında Çinlə sərhəd münaqişəsinin iştirakçısı.
Demokrat Leonov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 aprel 1926 |
Doğum yeri | |
Vəfat tarixi | 15 mart 1969 (43 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | döyüşdə ölüm |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Sovet Sərhəd Qoşunları[d] |
Rütbəsi | polkovnik |
Döyüşlər | |
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Demokrat Leonov 1 aprel 1926-cı il sərhədçi Vladimir Porfiri Leonovun ailəsində Bakı şəhərində anadan olub 1943-cü ildə Bakıda orta məktəbin 9-cu sinfi bitirdikdən sonra sərhəd qoşunlarında xidmətə başlamışdır. 1947-ci ildə Sovet İttifaqı Kommunist Partiyasına daxil olmuşdur. 1954-cü ildə Daxili İşlər Nazirliyinin Hərbi institutunu bitirdikdən sonra Zaqafqaziyaya təyinat almış və dörd il sonra Transqafqaz Sərhəd Dairəsinin sərhəd dəstəsinin qərargahının müdiri olmuşdur. 1968-ci ildə Leonov İman ( 1972-ci ildən — Dalnereçensk) şəhərinə köçürülmüş və burada 57-ci sərhəd dəstəsinin rəisi vəzifəsini almışdır.
15 mart 1969-cu ildə D. Leonov Yanşina qrupunun dəstəyi üçün 135-ci motoatıcı diviziyanın T-62 tank qrupuna başçılıq edirdi. Damanskda döyüş əməliyyatlarında iştirak etdi.Çin qumbaraatanları tərəfindən vurulmuş tankı tərk edən zaman ürəyindən aldığı snayper atəşindən həlak oldu. Dalnereçenskdə (1972-ci ilə qədər — şəhər İman adlanırdı) hərbi qaydalarla dəfn edilmişdir.[1]
Vladivostokda Demokrat Leonovun adına küçə var.
Dondurucu balıq ovu balıq gəmisi "Demokrat Leonov"un adını daşıyır, Petropavlovsk-Kamçatkada liman onun adınadır.
Sovet vaxtına Demokrat Leonovun adı Maqadan şəhərində 14 №-li orta məktəbin pioner dəstəsi də onun adını daşıyırdı.
Demokrat Leonovun adı Arxangelsk şəhərinin 52№-li Solombalısı orta məktəbin yaddaş lövhəsində yazılmışdır.
1980-ci ildə SSRİ Rabitə Nazirliyi tərəfindən D. V. Leonova portretinə bədii damğalanmış zərf buraxılmışdır.
21 mart 1969-cu ildən SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanıyla polkovnik Demokrat Leonova Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir( olümündən sonra). 21 mart 1969-cu ildə ona "Lenin ordeni"nə layiq görülmüşdür (ölümündən sonra)[2].