İblis Qatilinin Bıçağı[4] (鬼滅の刃, Kimetsu no Yaiba?) — Koyoharı Qotouge tərəfindən yazılıb illüstrə edilən yapon manqa seriyası. Hekayələr ailəsi qətlə yetirildiktən və bacısı bir iblisə çevrildikdən sonra iblis qatili olmaq üçün çalışan yeniyetmə Tanciro Kamadonu izləyir. Şueişanın şonen manqa jurnalı Weekly Shōnen Jumpda 2016 fevralından 2020 mayınadək nəşr olunmuş və bölümləri 23 tankobonda toplanmışdır.
Demon Slayer: Kimetsu no Yaiba | |
鬼滅の刃 (Kimetsu no Yaiba) İblis Qatili | |
---|---|
Janr | |
Manqa | |
Manqaka | Koyoharı Qotouge |
Nəşriyyat | Şueişa |
İmprint | Jump Comics |
Jurnal | Weekly Shōnen Jump |
Demoqrafiya | şonen |
Cildlər | 23 (cild siyahısı) |
Anime serialı | |
Rejissor | Haruo Sotozaki |
Prodüsser |
|
Bəstəkar | |
Studiya | Ufotable |
Kanal | |
Yayım tarixi | 6 aprel 2019 — h.h. |
Seriyalar | 55 (seriya siyahısı) |
Anime filmləri | |
Videooyunlar | |
|
Ufotable tərəfindən istehsal olunan 26 bölümlük bir anime TV serialı adaptasiyası 2019-un aprelindən sentyabrınadək yayımlanmışdır. Bir sikvel filmi olan Demon Slayer: Kimetsu no Yaiba — The Movie: Mugen Train isə 2020-nin oktyabrında bazara çıxarılmış və bütün dövrlərin ən çox gəlir gətirən anime filmi olmuşdur. Anime serialının 18 bölümlük ikinci sezonu isə 2021-in oktyabrından 2022-nin fevralınadək yayımlanmışdır. İkinci mövsümdə bir orijinal bölüm, Sonsuzluq Qatarı filmindən yenidən redaktə edilmiş 6 bölüm və manqanın Əyləncə Rayonu hissəsini ehtiva edən 11 bölüm mövcuddur. Manqadakı Svordsmit Kəndi bölümünün olacağı 3-cü sezonun isə 2023-ün aprelində çıxmağı gözlənilir.
2021-ci ilin fevral ayı etibarilə bütün zamanların ən çox satılan 9-cu manqa seriyasının dövriyyədə rəqəmsal versiyalar da daxil olmaqla 150 milyondan artıq kopiyası var idi. Seriya, habelə 2019 və 2020-nin ən çox satan manqası olmuşdu. Həm manqa, həm də onun anime adaptasiyası böyük səs-küy qaldırmışdı. Anime serialı bir sıra mükafatlar qazanmış və 2010-cu illərin ən yaxşı animelərindən biri seçilmişdir. 2020-ci ildə françayzinq satışlardan illik 1 trilyon ¥ (təqribən 16 mlrd. AZN) qazanmış və bütün zamanların ən çox gəlir əldə edən media françayzinqlərindən biri olmuşdur.
This shonen battle manga and demon-fighting martial arts series from creator Koyoharu Gotouge is exciting and imaginative.