Denov (özb. Denov) — Özbəkistanın Surxandərya vilayətində şəhər. 27 yanvar 1958-ci ildə şəhər statusu alıb.
Denov | |
---|---|
38°16′ şm. e. 67°53′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 520 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Denov Surxandərya vilayətinin quzeyində, Termezdən 150 kilometr aralı, dəniz səviyyəsindən 520 metr yüksəklikdə yerləşir. Surxandərya çayının qolu olan Qızıl-Su çayı Denovun içindən axır. Habelə Denov Xalçayan və Dəlvərzintəpə arxeoloji abidələrinə ən yaxın şəhərdir.[1]
Əhalinin gəliri əsasən Tacikistanla sərhədyanı ticarət və kənd təsərrüfatı bitkilərinin yetişdirilməsindən əldə edilir.[2][3]
2010-cu ilin məlumatlarına görə Denovda 97.196 nəfər yaşamaqda imiş.[4] 2015-ci ildə əhalisi 114.090 nəfərə yüksəldi.[5] Əhali baxımından Termezdən sonra Surxandərya vilayətində 2-ci ən böyük yaşayış yeri sayılır.
Denovda üstünlükdə olan yerli Özbəklərin yanı ilə Taciklər, Qaraçılar, Ruslar, Tatarlar, Koreyalılar, Uyğurlar və başqa millətlərin nümayəndələri də az sayda yaşamaqdadırlar.