Depozitar

Depozitar (Depositary)

1) Depozit qoyulan, yəni depoziti qəbul edən tərəf. Başqa sözlə, pul vəsaitlərini və ya digər qiymətliləri müvəqqəti cəlb edən və buna görə qarşı tərəfə haqq ödəyən şəxs (bank, kredit təşkilatı və s.);

2) Qiymətli kağızların cavabdehlik əsasında saxlanması və qorunması xidmətini göstərən peşəkar fond bazarı iştirakçısı;

3) Beynəlxalq müqavilələri təsdiq edən hüquqi sənədi saxlayan, qoruyan beynəlxalq qurum, dövlət[1]

Mənbə:[redaktə | mənbəni redaktə et]

  1. MALİYYƏ BAZARLARI TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010,s.64