Dervenidən papirus və Derveni papirusu (yun. Πάπυρος του Δερβενίου) — 1962-ci ildə Derveni dar dağ dərəsi yaxınlığında qədim dəfn odunun yerində tapılmış qədim Makedoniya papirusunun tumarı. Vərəqdə fəlsəfi və dini məzmunlu mətn (e.ə. V əsrin sonları)[1] tanrıların doğulması haqqında orfik poemanın əvvəllər məlum olmayan alleqorik interpretasiyası var. Bu traktat klassik filologiya sahəsində XX əsrin ən mühüm arxeoloji kəşflərindən biridir.[2] Tumar e.ə. 340-cı ilə aiddir və bu, Avropada tapılan ən qədim əlyazmadır.[3][4] Mətnin fraqmentləri və onun tərcümələri XX əsrdə nəşr olunsa da, tam əlyazma yalnız 2006-cı ildə işıq üzü görmüşdür.
Dervenidən papirus | |
---|---|
Tarix | e.ə.340 |
Dil(lər) | qədim yunan dili |
Material | papirus |