Desdemona (ing. Desdemona) Uranın daxili peyklərindən biridir. O, Voyecer 2-nin 1986 13 yanvar tarixindəki uçuşu nəticəsində əldə edilən şəkillər vasitəsilə kəşf edilmiş və qısa müddətliyinə S/1986 U 6 adı verilmişdi.[4] Desdemona adı isə Uilyam Şekspirin Otello tamaşasındakı Otello obrazının həyat yoldaşından götürülmüşdür. Digər bir adı X Urandır.[5]
Kəşf edən | Voyager 2 |
---|---|
Kəşf tarixi | 13 yanvar 1986 |
Böyük yarımoxu | 62.658,364 ± 0,047 km[1] |
Əyilməsi | 0,002 radian |
Nəyin peykidir | Uran |
Özünə xas ekssentrisitet | 0,00013 ± 0[1] |
Kütləsi | 180 exagram[2] |
Orta sıxlığı | təq. 1,33 q/sm³ |
Albedo | 0,084 ± 0,019[3] |
Temperatur | 64 K |
Desdemona Bianka, Kressida, Cülyetta, Portia, Rozalind, Kupid, Belinda və Perditanın da daxil olduğu peyklərin Portia qrupuna aid olunur.[6] Bu peyklərin bir birlərinə bənzəyən orbitləri və fotometrik xüsusiyyətləri var.[6] Desdemona haqqında orbiti,[7] 32 km-lik radiusu[8] və 0.08-lik geometrik albedosu[6][9][10] xaricində, demək olar ki, əhəmiyyətli heç nə bilinmir.
Voyacer 2-dəki şəkillərdə Desdemona uzunsov və əsas oxu Urana tərəf yönələn cisim kimi görünür. Səthi bozumtul rəngdədir.[8]
Qarşıdakı 100 milyon il içərisində Desdemonanın ona yaxın yerləşən Kressida və Cülyetta peykləri ilə toqquşması gözlənilir.[11]