Desen-1(C10H20) - doymamış karbohidrogenlər – alkenlər sinfinə aid olan düzxətli quruluşa malik doymamış karbohidrogendir. O, 10 karbon atomuna, eləcə də 20 hidrogen atomuna malik bu sinfin tipik nümayəndəsidir.
Desen-1 | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | C10H20 |
Molyar kütlə | 140,266 q/mol |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | -66,3 °S |
Qaynama nöqtəsi | 170,6 °S |
Desen-1 suda həll olmayan, etanolda və dietil efirində həll olan rəngsiz mayedir.
Desen-1 motor yaglarının və E907 qida əlavəsinin istehsalında istifadə olunan polimerləşdirilmiş desenin istehsalında tətbiq olunur.
Bu karbohidrogen, əsasən, termiki krekinq yolu ilə alınır. Onu almaq üçün ilkin maddə kimi eykozan (C20H42) istifadə olunur. Reaksiya ümumi şəkildə belədir: C20H42 −(t, Pt)→ C10H22 (dekan) + C10H20 (desen).