Orta Qərbi ABŞ (ing. Midwestern United States; həmçinin Amerikanın Orta Qərbi və ya sadəcə Orta Qərb) —Amerika Birləşmiş Ştatlarının orta-şimal hissəsində yerləşən və ABŞ Siyahıyaalma Bürosu tərəfindən müəyyənləşdirilən iqtisadi rayon.[1] 1984-cü ilə qədər Siyahıyaalma Bürosu tərəfindən rəsmi olaraq "Şimali Mərkəz bölgəsi" adlanırdı.[2]
Rayon ənənəvi olaraq müxtəlif şəkildə müyəyyən edilsə də, ABŞ Siyahıyaalma Bürosunun tərifinə əsasən 12 ştatdan ibarətdir : Ayova, Cənubi Dakota İllinoys, İndiana, Kanzas, Miçiqan, Missuri, Nebraska, Ohayo, Şimali Dakota, Viskonsin. Əhalinin sayına görə İllinoys birinci, Şimali Dakota isə axırıncıdır. ABŞ Siyahıyaalma Bürosunun 2012-ci il hesabatına əsasən Orta Qərbda 65,377,684 nəfər əhali vardı. Orta Qərb Siyahıyaalma Bürosu tərəfindən iki dairəyə bölünür. Şərq Şimali Mərkəz rayonuna İllinoys, İndiana, Miçiqan, Ohayo və Viskonsin aiddir və bu ştatların hamısı Böyük Göllər rayonunun da tərkibindədir. Qərb Şimali Mərkəz rayonuna Ayova, Cənubi Dakota, Kanzas, Minnesota, Missuri, Nebraska və Şimali Dakota aiddir Ayova, Minnesota və Missuri istisna olmaqla digər ştatlar qismi olsa da Böyük Düzənliklər rayonuna aiddirlər. Rayondakı ən böyük çaylar Ohayo çayı, Yuxarı Missisipi çayı və Missuri çayıdır.
Çikaqo Amerikanın Orta Qərbində əhalisinə görə birinci, ölkədə isə üçüncü şəhərdir. Orta Qərbdəki digər böyük şəhərlər bunlardır (əhali sayına görə) : İndianapolis, Kolumbus, Detroyt, Miluoki, Kanzas Siti, Omaha, Minneapolis, Klivlend, Viçita və Sent-Luis.