Deva Kassel (fr. Deva Cassel) — Fransa-İtaliya modeli, media şəxsiyyəti və aktrisası. "Cartier" və "Dior" şirkətlərinin səfiridir.[3][4]
Deva Kassel | |
---|---|
Doğum tarixi | 12 sentyabr 2004[1] (19 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Atası | Vensan Kassel |
Anası | Monika Belluççi |
Fəaliyyəti | model[d], kino aktrisası |
Boyu | 179 sm[2] |
IMDb | ID12937054 |
Deva Kassel Monika Beluççi və Vensan Kasselin qızıdır. Kassel 12 sentyabr 2004-cü ildə Romada doğuldu, lakin Paris və Rio-de-Janeyro şəhərlərində böyüdü.[5] Səlis şəkildə fransız və italyan dillərinində danışa bilən Kasselin Leonie adında balaca bacısı var.[6] Kassel 5 dildə danışa bilir.
Cassel modellik debütünü 2021-ci ildə "Dolce & Gabbana"da etmişdir.[7] Həmçinin 2021-ci ildə anası Monika Belluççi ilə birlikdə "Vogue Italia" jurnalının iyul ayı buraxılışının üz qabığında yer aldı.[8] 2020-ci ildə "Dolce & Gabbana"nın qoxu kampaniyasında, 2022-ci ildə isə gözəllik kampaniyasında yer almışdır.[9] 2023-cü ildə "Dolce & Gabbana"nın qoxu əlavəsində və gözəllik kampaniyasında rol almışdır.[10] 2024-cü ildə isə "Dior Beauty" görünüş kampaniyasında rol aldı.[10]
Kassel aktrisalıq debütünü müstəqil film "Gözəl yay"da (ing. The Beautiful Summer) etmişdir və "Netflix" serialı "Leopard"da (ing. The Leopard) yer alacaq.