"Devdas" (hind. देवदास) — musiqili melodrama. Rejissor Sancay Lila Bhansalinin filmi. Hindistanda istehsal olunmuş ən bahalı filmlərdən biri. Film Sarat Çandra Çattopadhyenin 1917-ci ildə yazdığı eyniadlı roman əsasında çəkilmişdir. Bu filmlə roman dördüncü dəfə ekranlaşdırılmış olur.
Devdas | |
---|---|
ing. Devdas hind. देवदास | |
Janr | Melodram |
Rejissor | Sancay Lila Bhansali |
Prodüser | Bharat Şah |
Ssenari müəllifi | Sancay Lila Bhansali |
Baş rollarda |
Şahrux Xan Ayşvariya Ray |
Bəstəkarlar |
İsmayıl Dərbər Monti Şarma |
İstehsalçı | Mega Bollywood |
Distribütor | Warner Bros., Warner Bros. Pictures[d] |
İlk baxış tarixi | 2002, 23 may 2002 |
Filmin növü | bədii film |
Müddət | 185 dəqiqə |
Ölkə | Hindistan |
Dillər |
hind dili benqal dili |
İl | 2002 |
Rəng | rəngli |
IMDb | ID0238936 |
Vikianbarda əlaqəli mediafayllar |
Zamindara Narayanna Mukhercinin oğlu Devdas, var-dövlətin insan həyatından üstün tutulduğu bir aləmdə böyüyüb. Onun uşaqlıq dostu gözəl qız Paro olmuşdur və onlar Tac Sonapur kəndində yaşayırlar. Devdas Londona oxumağa gedəndə Paronun bütün arzuları puç olur. Devdas Londondan qayıdır. İndi o, Qərbin adətləri ilə yetişmiş insandır. Paro hələ də onu gözləyir və sevir. Lakin onların arasında fərq böyükdür. Zamindara ailəsinin qərarı iki sevgilini bir-birindən ayırır. İntiqam alacağına and içən Paro çox varlı bir ailənin oğlu ilə ailə həyatı qurur. Sevgi yolunda zəiflik və qorxaqlıq göstərən Devdas ailəsi tərəfindən haqsızlığa məruz qalır. Bütün ümüdləri puça çıxan Devdas evdən gedir və içkiyə qurşanır. Bu yolda o, rəqqasə qadın Çandramuhi ilə tanış olur, lakin Paronu unuda bilmir...
Aktyor | Rol |
---|---|
Şahrux Xan | Devdas Mukherci |
Madhuri Dikşit | Çandramuki |
Ayşvariya Ray | Paro / Parvati |
Ceki Şrof | Çunilal |
Kiron Kher | Sumitra |
Smita Caykar | Kauşalya |
Tiku Talsaniya | Dharamdas |
Vicayendra Qhatqe | Bhuvan Çoudri |
Milind Qunaci | Kalibabu |
Vicay Krişna | Naraian Muherci |
Moksit | kiçik Devdas |
Bansari Madhani | kiçik Paro |