Devid Xarvi(31 oktyabr 1935[1], Cillinhem[d], Kent qraflığı) — ingilis-amerikan coğrafı, "radikal coğrafiyanın" əsasını qoyan, marksizmin davamçısı. 2007-ci ildə dünyanın ən 18 intelektual sosial elmlərlə məşğul olan mütəffəkkirindən biri kimi seçilmişdir.
Devid Harvi | |
---|---|
ing. David Harvey | |
Doğum tarixi | |
Doğum yeri | Cənub-şərqi İngiltərə |
Elm sahəsi | Coğrafiya |
İş yeri | Nyu-York dövlət Universiteti |
Üzvlüyü | |
davidharvey.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Qillenximdə anadan olub (Kent, İngiltərə). Tarixçi-coğraf kimi fəaliyyətə başlamışdır. O ilk dəfə riyazi üsulların coğrafiyaya tətbiq edilməsi ilə məşğul olmuş, məşhur "Coğrafiyada izahat" (Explanation in Geography, 1969) kitabının müəllifidir. Hansı ki, həmin kitabda ingilis-amerikan məktəblərinin metodoloji və fəlsəfi mövqeləri öz əksini tapmaqdadır. Coğrafiyada mütləq yerin tənqid edilməsi işin əsasını təşkil edir ki, o da Kantın nəzəriyyəsinin məhsulu hesab edilir. 1970-ci illərin əvvəlindən etibarən, o öz yanaşmasını dəyişməklə, Villiam Bunge kimi sosial ədalət problemlərini öyrənməyə başladı. Bungeden fərqli olaraq Harvi marksistdir. 1969-cu ildə ABŞ-yə Baltimora köçdü. Şəhər gettosunun öyrənilməsi ilə yerli universitetlərdə məşğul olmağa başladı. Sonralar Harvey yaşayış yerini və təlim istiqamətlərini dəfələrlə dəyişdi:
1970-ci illərin əvvəllərindən bəri nəşr olunan əsas əsərlər: