Devid Hervud

Devid Hervud (ing. David Harewood; 8 dekabr 1965[1]) — Böyük Britaniya aktyoru və aparıcısı. O, daha çox "Vətən" teleserialındakı MKİ Terrorizmə Qarşı Mübarizə Departamentinin müdiri, eləcə də "Supergörl" teleserialındakı Con Cons / Marslı ovçuHenk Henşou rolları ilə tanınır.[3]

Devid Hervud
Doğum tarixi 8 dekabr 1965(1965-12-08)[1] (58 yaş)
Vətəndaşlığı
Fəaliyyəti aktyor, teatr aktyoru, kino aktyoru, televiziya aktyoru, telerejissor
Fəaliyyət illəri 1990-cı ildən
Təhsili
  • Dram İncəsənəti üzrə Kral Akademiyası[d] (–1987)[2]
Mükafatları "Britaniya imperiyası" ordeni üzvü
IMDb ID0362873
davidharewood.co.uk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Devid Hervud 8 dekabr 1965-ci il tarixində Birləşmiş Krallığa daxil olan İngiltərənin Birminhem şəhərində anadan olmuşdur. Ailəsi Barbados əsillidir və 1950-ci illərin axırlarında İngiltərə köçmüşdülər. Onun atası yük maşını sürücüsü, anası isə ərzaq tədarükçüsü idi. Onun bacısı Sandra, qardaşları isə Rocer və Poldur. O, Müqəddəs Benedikt adına kiçik məktəb və Veşvud Hit Akademiyasında təhsil almışdır.[4][5] O, Milli Gənclik Teatrının üzvüdür.[6][7] Gənclik illərində Birminhem şəhər mərkəzindəki bir çaxır barında işləmiş Hervud 19 yaşında Dram İncəsənəti üzrə Kral Akademiyasına daxil olmuşdur.[6]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Devid Hervud uzunmüddətli sevgilisi Kirsti Hendi ilə 2013-cü ilin fevral ayında, Barbadosun Sent-Ceyms dairəsində evlənmişdir. Onların iki qızı var və ailəlikcə London şəhərində yaşayırlar.[8] Hervud Birminhem Siti FK azarkeşidir.[3][9]

  1. 1 2 David Harewood // Discogs (ing.). 2000.
  2. 1 2 Student & graduate profiles. Dram İncəsənəti üzrə Kral Akademiyası.
  3. 1 2 "Birmingham actor David Harewood hits out at being killed off in Homeland". Birmingham Mail (ingilis). January 6, 2013. November 20, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 12, 2020.
  4. Hörst, Ben. "Hollywood star David Harewood goes back to Washwood Heath School". birminghammail (ingilis). September 1, 2010. January 1, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 12, 2020.
  5. "Pupils get Shakespeare experience". BBC News (ingilis). April 21, 2012. January 1, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 12, 2020.
  6. 1 2 "David Harewood: Will Britain ever have a black prime minister?". BBC News (ingilis). November 14, 2016. November 8, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 12, 2020.
  7. Louz, Rouz. "Who is actor David Harewood?". Birmingham Mail (ingilis). November 13, 2016. December 1, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 12, 2020.
  8. Kadvalladr, Kerol. "David Harewood: 'For me, Homeland has been a second birth'". The Observer (ingilis). December 9, 2012. May 30, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 12, 2020.
  9. Hört, Ben. "Hollywood star David Harewood goes back to Washwood Heath School". Birmingham Mail (ingilis). December 16, 2009. January 1, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 12, 2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]