Devid Keyc

Devid De Qruttola[2] (9 iyun 1969, Müluz), David Cage təxəllüsü ilə tanınan[2] Fransız videooyun dizayneri, yazıçı və musiqiçi. O, Quantic Dream oyun şirkətinin yaradıcısıdır. Keyc, Heavy Rain, Beyond: Two Souls , Detroit: Become Human oyunlarının həm ssenarisini yazmış, həm də rejissorluğunu etmişdir.

Devid Keyc
Devid De Qruttola
Keyc 'Festival du jeu vidéo' festivalında (2018)
Keyc 'Festival du jeu vidéo' festivalında (2018)
Doğum tarixi (55 yaş)
Doğum yeri Müluz, Fransa
Dini Ateist[1]
Fəaliyyəti Videooyun tərtibatçısı
Fəaliyyət illəri 1997-ci ildən
Tanınır
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fransanın Müluz şəhərində doğulan Keyc videooyun istehsalçısı olan Quantic Dream şirkətinin rəhbəridir.[2] Keyc şirkətin qurucusu, ortaq baş icraçı direktoru, direktoru, baş oyun dizayneri, ssenari müəllifi olaraq şirkətdə və oyunların tərtibatında çox mühüm rol oynayır.[2] Peşəkar musiqiçi olaraq o, 1993-cü ildə 'Totem Interactive' adlı musiqi şirkətini yaratmışdır.[3][4] O, frilanser musiqiçi olaraq bir çox televiziya kanalında, kino və videooyun proyektlərində musiqilər bəstələmişdir.[3][4]

  1. Kelly, Neon. "David Cage: 'I remember how scared we were'". VideoGamer.com. Avqust 23, 2012. 2013-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-12.
  2. 1 2 3 4 Bliss, François. "Fahrenheit : Interview David Cage / part 1 : L'homme orchestre" (fransız). Overgame.com. may 10, 2005. September 27, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-06-17.
  3. 1 2 "MIT Comparative Media Studies: French American Dialog on Video Games". 2007-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-06-17.
  4. 1 2 "Quantic Dream's David Cage Talks About His Games, His Career and the PS4: It Allows to "Go Even Further"". Dualshockers. Yanvar 4, 2015. 2018-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: İyun 14, 2018.