Devidin ad günü (it. Il compleanno, ing. David's Birthday) — 2009-cu il İtaliya istehsalı olan dram filmidir.[1]
Devidin ad günü | |
---|---|
it. Il compleanno ing. David's Birthday | |
Janr | dram |
Rejissor | Marko Filiberti |
Prodüserlər |
Qianluka Leurini Karoline Lokardi Aqnes Trinkal |
Baş rollarda |
Alessandro Gassman Massimo Poqqio Maria de Medeiros Mişel Keskon |
Bəstəkar | Andrea Çenna |
Distribütor | Netflix |
İlk baxış tarixi | 8 sentyabr, 2009 |
Filmin növü | Bədii film |
Müddət | 106 dəqiqə |
Ölkə | İtaliya |
Dillər |
İtalyanca İngiliscə |
İl | 2009 |
Rəng | rəngli |
IMDb | ID1273204 |
Dörd dost Mateo və Françesko, onların dostları Şeri və Dieqo yay tətillərini Mount Circeoda dəniz sahilində keçirtməyi qərara alırlar. Mateo pisixoloqdur və Françeska ilə evlidir. Onların bu evlilikdən 5 yaşlı Elena adlı qızı var. Dieqo və Şerinin isə sevgilidirlər. Amerikada kollecdə oxuyan Devid ilk dəfə 5 ildən sonra həm ad gününü həm də ailəsilə vaxt keçirtmək üçün İtaliyaya gəlir. Devid gəldikdən sonra bir müddət birgə vaxt keçirən Devid və Mateonu hissləri bir-birinə qarşı güclənir. Yalnız Çerinin qardaşı Leonard onlar ilə uzun vaxt keçirib tanıdığına görə nəyin baş verdiyini başa düşür. Bu arada isə Mateonun ailəsində münasibətlər gərginləşir. Devid üçün təşkil olunmuş ad günü şənliyində Mateo Devidin yataq otağına gedərək onunla sevişir. Bu vaxt açarları evdə unutduğunu xatırlayan Françeska evə geri qayıdır və onları birgə sekslə məşğul olarkən görür. Gördüklərindən şoka düşən Françeska dərhal qaçaraq oradan uzaqlaşır. Mateoda onun dalınca gedir. Lakin yolu keçmək istəyərkən Françeskanı maşın vuraraq öldürür.
Bu hadisələrdən sonra Mateo, Şari, Dieqo və Devid bir gün birgə şam yeməyi yeyərkən Şeri Mateodan Françeskanı maşın vurarkən harada olduğunu soruşur. Film təqsirinə görə Mateonun ağlamağa başlamasıyla başa çatır.
Film bir neçə film festivalında göstərilib.