Dibenzotiofen — kimyəvi formulu C12H8S olan üç qatılaşdırılmış tsikldan ibarət üzvi heterosiklik maddədir: bir tiofen və iki benzol tsikli.
Dibenzotiofen | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | C₁₂H₈S[1] |
Molyar kütlə | 184,26 q/mol |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 99 °C[2] |
Qaynama nöqtəsi | 332,5 ± 1 °C |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 132-65-0 |
PubChem | 24893734 |
BS-də qeydiyyat nömrəsi | 205-072-9 |
RTECS | HQ3490550 |
ChEBI | 23681 |
ChemSpider | 2915 |
Dibenzotiofen bir neçə yolla sintez edilə bilər. Birinci üsul ultrabənövşəyi radiasiyanın (civə lampası) təsiri altında 45–60 saat ərzində 2-yod-2'-metiltiobifenilin radikal tsiklləşməsindən ibarətdir.
Digər üsul tiol qrupunda allil bromidlə alkilləşən və karboksil qrupunda fenil efiri əmələ gələn tiosalisil turşusunun istifadəsinə əsaslanır. Alınmış birləşmənin 650 °C-də vakuumda pirolizindən 88% səmərə ilə dibenzotiofen əldə edilir.
Molekuldaxili aromatik elektrofil əvəzetmə reaksiyasına əsaslanan dibenzotiofenin alınması üsulu da işlənib hazırlanmışdır. 2-Brombifenil, bromun litiumla əvəz edilməsinə məruz qalır və halogenin yerinə bir metiltiol qrupu əmələ gələrək, dimetil disulfid ilə reaksiyaya girir. Sonra sulfoksidə oksidləşir, bundan sonra trifluormetansülfonil turşusunun təsiri altında dehidratasiyaya uğrayır , elektrofil tsiklləşməyə daxil edilir. Yaranan məhsulun demetiləşməsi dibenzotiofenə gətirib çıxarır:
Dibenzotiofen benzinin aralıq məhsulunun anion tsiklləşməsi əsaslanan üsulla alınmışdır. Bunun üçün birinci mərhələdə 2-florotiofenol (Ulmana görə) mis oksidin iştirakı ilə 2-xlornitrobenzol ilə kombinasiyaya daxil edilir. Sonra nitro qrup dəmirlə reduksiya edilir və nəticədə yaranan amin qrup yodla əvəz olunur. Üçlübutil litium ilə təmizləmə dibenzofurana gətirib çıxarır:
Beləliklə, dibenzotiofen 2,2'-diyodbifenildən və kükürd xammalı olan kalium sulfid və ya karbon disulfiddən sintez edilə bilər:
Dibenzotiofen kükürd atomunun donor aktivliyinə görə 2 və 8-ci mövqelərdə halogenləşir. Əgər o, sulfona oksidləşirsə, onda qrup akseptor olur və halogenləşmə 3 və 7-ci mövqelərdə baş verir. Çox vaxt dibenzotiofen yodlaşdırılır, bromlaşdırılır və nəticədə halogen törəmələri daha da funksionallaşdırılır.
4 və 6-cı mövqelərin modikikasiyası orto-litiumlaşmanın köməyilə həyata keçirilir. Reaksiya şəraitindən asılı olaraq monolitium və dilitium törəmələrini almaq mümkündür: güclü qələvi mühitdə və tsikloheksanda qaynadıqda litiumlaşma iki dəfə baş verir, aşağı temperaturda isə mololitium törəməsi əmələ gəlir. Bundan əlavə, bu birləşmələr müəyyən elektrofillərlə reaksiyaya daxil edilir.