Dichagyris musiva

Dichagyris musiva (lat. Dichagyris musiva) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin sovkalar fəsiləsinin dichagyris cinsinə aid heyvan növü.

Dichagyris musiva
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
İnfrasinif:
Ranqsız:
Dəstəüstü:
Yarımdəstə:
İnfradəstə:
Fəsiləüstü:
Fəsilə:
Yarımfəsilə:
Triba:
Növ:
Dichagyris musiva
Beynəlxalq elmi adı

Təsviri[redaktə | mənbəni redaktə et]

Qanadları açılmış halda 38-44 mm-dir. Rəngi qırmızımtıl-qəhvəyi olub, qara pulcuqlarla qarışıqdır. Kostal kənar açıq-sarı (krem) rəngindədir. Pazşəkilli ləkə aydın görünmür. O, ya yayılmış halda olur, ya da bir neçə qara pulcuq şəklində görünür. Eninə uzanan 1-ci zolaq görünmür, 2-ci eninə zolaq qaradır. Qanadın əsaında yerləşən yumuru ləkənin ortası qara olub, qanadın kostal kənarı ilə dövrələnmiş və nazik zolaq şəklində yumuru ləkənin altına qədər uzanır. Böyrəkşəkilli naxış bozumtul-qəhvəyi rəngdə olub, açıq rəngli xətlə haşiyələnmişdir. Arxa qanadı bozumtul açıq-sarı rəngdədir. Kənarları sarı saçaqlarla əhatələnmişdir.

Yayılması[redaktə | mənbəni redaktə et]

Avropa, Sibir, Monqolustan, Qazaxıstan, Orta və Mərkəzi Asiya, Çin, Yaponiya, Azərbaycanda Böyük və Kiçik Qafqazın dağətəyi və dağlıq meşələri, Lənkəranın dağ-səhralıq yerləri.

Həyat tərzi[redaktə | mənbəni redaktə et]

Dağətəyi və dağ meşələrinin açıqlıqları. Dağ-səhrasının tuqay meşələri. Həyat tərzi tam öyrənilməmişdir. Tırtıl mərhələsində qışlayır. Yumurtasını torpağa qoyur. Kəpənəyi iyunun əvvəllərində sentyabra qədər uçur. Yaşlı tırtılların rəngi sarımtıl-yaşıl rəngdə olub, may və sentyabrda qatıqotu, kasnı və digər ot bitkiləri ilə qidalanır.

Sayı[redaktə | mənbəni redaktə et]

Cəmi 3 kəpənəyi Zuvandın Qasmalyan kəndindən sentyabrın əvvəlində işıqdan tutulmuşdur.

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Yaşadığı biotopların əkin üçün istifadə olunması, həvəskar kolleksiyaçılar tərəfindən toplanması ilə yoluxması.

Qorunması üçün məsləhət görülmüş tədbirlər[redaktə | mənbəni redaktə et]

Yaşayış yerlərini qorumaq və kəpənəklərin toplanmasını qadağan etmək.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]