Dictamnus

Alışan (lat. Dictamnus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinə aid bitki cinsi.

Alışan
Elmi təsnifat
Beynəlxalq elmi adı

Latınca "Dictamnus" adlanır. Lüğəti mənası Dikte — Krit dağlarının birinin adı, Thamnos isə "kol" deməkdir. Qaratikan kolları arasında bitən bu bitkinin yayın qızmar günlərində öz-özünə alışıb yandığı haqqında rəvayətlər gəzir. Elə buna görə də bitkiyə xalq arasında "alışdım-yandım" da deyirlər. "Alışdım-yandım" quraqlığadavamlı olmaqdan ötrü öz ətrafında efir yağı ilə zəngin atmosfer yaradır. Kibriti yandırıb bu bitkiyə yaxın tutduqda o ani olaraq alovlanır. Bu bitkinin tərkibində diktamin alkalloidi, saponin və 0,5%-ə qədər efir yağı vardır. Çində sarılıq, öd kisəsi iltihabı xəstəliklərinin müalicəsində, qaşların tökülməsində və keçəlləşmənin qarşısının alınmasında istifadə edilir. Azərbaycan florasında 1 növü - Qafqaz alışan növü geniş yayılmışdır. Nəsli kəsilməkdə olan bitki kimi qorunması və "Qırmızı Kitab"a düşməsi tövsiyə edilir.

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Fraxinella Mill.