Dietanolamin

Dietanolamin(HOCH2CH2)2NH – üzvi maddədir, aminospirtlər sinfinə aiddir,su ilə bütün nisbətlərdə həll olur, güclü əsası xassə göstərir.[2]

Dietanolamin
Ümumi
Kimyəvi formulu (HOCH2CH2)2NH
Molyar kütlə 105,14q/mol q/mol
Fiziki xassələri
Sıxlıq 1,0966q/sm3 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 27   °S
Qaynama nöqtəsi 280  °S
Buxarın təzyiqi 0,01 ± 0,01 mm Hg[1]
Təsnifatı
CAS-da qeyd. nöm. 111-42-2
PubChem
RTECS KL2975000
ChEBI 28123
ChemSpider

Alınması[redaktə | mənbəni redaktə et]

Dietanolamini ammonyaka etilenxlorqidrinin (2-xloretanol) təsiri ilə alırlar:

  • 2HOCH2CH2Cl + NH3 → (HOCH2CH2)2NH +HCl

Dietanolaminin sənayedə alınması ammonyakın etilenoksidinə birləşməsi reaksiyası üzrə aparılır:

  • 2(CH2)2O +NH3 → (HOCH2CH2)2NH

Bu zaman dietanolaminlə yanaşı etanolamin və trietanolamin də alınır:

  • C2H4O + NH3 → H2NCH2CH2OH
  • C2H4O + HN(CH2CH2OH)2 → N(CH2CH2OH)3

Tətbiqi[redaktə | mənbəni redaktə et]

Dietanolamin texnikada emulqator və səthiaktiv maddə kimi, həmçinin qazların təmizlənməsi zamanı müxtəlif proseslərdə, o cümlədən quru buzun istehsalı zamanı səmt qazlarından karbon qazını ayırmaq üçün, eyni zamanda iminlərin istehsalında oduncaqların emalı prossesində istifadə olunur. O, dərman preparatı Taurinin istehsalında ilkin maddə kimi istifadə olunur. Dietanolamin selikli qişanın zədələnməsinə səbəb olur, ürək-damar sistemləri, böyrək, mədə-bağırsaq traktları üçün zəhərlidir.

Dietanolamin morfolinin sintezində xammal kimi istifadə olunur:


Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. http://www.cdc.gov/niosh/npg/npgd0208.html.
  2. "Arxivlənmiş surət". 2022-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-25.