"Digital Trends" — ABŞ xəbər saytı. Saytın məzmunu texnologiya və istehlak elektronikası məhsulları haqqında xəbərlər, resenziyalar, bələdçilər, təsviri videolar və podkastlar dərc etməkdən ibarətdir. Saytın mərkəzi Oreqon ştatının Portlend şəhərində yerləşir. Portlend, Nyu-York, Çikaqo və digər yerlərdə ofisləri olan "Digital Trends" ispandilli auditoriya üçün nəzərdə tutulmuş yetirən "Digital Trends Español" saytını da idarə edən "Digital Trends Media Group"un mülkiyyətindədir.[2]
Digital Trends | |
---|---|
URL | digitaltrends.com |
Tipi | təşkilat |
Dilləri | ingilis dili |
Açılma tarixi | iyun 2006 |
Alexa reytinqi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Sayt texnologiya ilə formalaşmış geniş çeşidli məhsullar haqqında resenziyalar və məlumatlar təklif edir. Bura smartfonlar, video oyunlar, noutbuklar, fərdi kompüterlər, periferiya qurğuları, televizorlar, rəqəmsal kameralar, video kameralar, planşetlər və s. kimi istehlakçı elektronikası məhsulları daxildir.
Üçüncü tərəf veb-analitika provayderi "SimilarWeb"ə görə, sayt iyun 2018 tarixinə olan məlumata əsasən, ayda 40 milyondan çox ziyarətçi cəlb etmişdir.[3] 2014-cü ildən 2021-ci ilə qədər "Digital Trends"in redaktor heyətinə baş redaktor Ceremi Kaplan rəhbərlik etmişdir.[4]