Purpur üskükotu (lat. Digitalis purpurea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin üskükotu cinsinə aid bitki növü.
Purpur üskükotu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Triba: Cins: Növ: Purpur üskükotu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
İkiillik ot bitkisidir. Yaşayışının birinci ili kökətrafı yarpaqlar, ikinci il isə hündürlüyü 1 m-ə qədər olan yarpaqlı gövdəsi və zirvədə iri çiçək salxımı daşıyan budaqcıqlar əmələ gəlir. Çətir yarpaqları uzunsov-yumurtaşəkilli və ya oval, uzun qanadabənzər saplaqdan ibarətdir. Yarpaqlarının uzunluğu 30 sm, eni isə 15 sm-ə bərabərdir. Gövdənin aşağı yarpaqlarının uzunluğu 12-20 sm yumurtaşəkilli, qanadabənzər saplaqdan ibarətdir. Orta yarpaqları qısa saplaqlı, yuxarı yarpaqları oturaq, yumurtaşəkilli və yumurtaşəkilli-neştərvaridir. Kənar yarpaqları bərabər olmayan çəpərlidir. Yuxarı yarpaqları qırışıq, tünd-yaşıl, aşağı yarpaqlarında isə damarlanma, çoxkünclü tor və üzərində çoxlu tükcükləri olan sarımtıl çiçəklərdən ibarətdir. Çiçəkləri birtərəfli fırçalıdır. Çiçək tacının uzunluğu 3-4 sm, xarici tərəfi purpur, daxili tərəfi isə purpurşəkilli ağ ləkəlidir.
Yarpaqları uzunsov-yumurtaşəkilli və ya yumurtaşəkilli formaya malik olub, kənarları bərabər olmayan çəpərlidir. Kökətrafı yarpaqları sərbəst saplaqdan, gövdəsində isə qısa saplaqlı yarpaqlardan tutmuş, oturaq yarpaqlara qədər mövcuddur. Yarpaqları kövrək, davamsız, tezsınan, yuxarı tərəfi tünd-yaşıl, aşağı tərəfi isə sarımtıl olub, sıx tükcüklərlə örtülmüş və yarpaq üzərində inkişaf etmiş xırda damarlar görünür. Uzunluğu 10-30 sm, eni isə 11sm-ə bərabərdir. Quru yarpaqları zəif iylidir.
Əsasən enliyarpaqlı və qarışıq meşılərin açıq sahələrində, kolluqlarda və yol kənarlarında yaşayır. Təbii ehtiyatı azdır, ona görə də yabanı növlər toplanılmır. Birinci il çox inkişaf etmiş çətiri, saplaqsız yarpaqları 2-3 dəfə toplanılır. Ikinci il çiçəkləmə dövründə yarpaqları yığılır. Xammal yalnız quru havada, günün ikinci yarısında günəşli gündə toplanılaraq, 50-60оС temperaturda quruducu şkafda qurudulmalıdır.
Bütün xammal yaxşı qablaşdırılmalıdır. Kip qablaşdırılma zamanı tərkibindəki bioloji aktiv maddələr uzun müddət saxlanılır. Bütün xammal quru yerə saxlanılmaqla, işıqdan qorunmalıdır. Tozları ampul və ya flakonlarda kip bağlanmış şəraitində saxlanılmalıdır. Təmiz qlükozid A, preparat və xammalı isə B siyahısında saxlanılır. Bioloji aktiv xammalı hər il kontrol edilməlidir.
Zəhərlidir Yarpaqlarının tərkibində əsas təbii qlükozidlər: purpureya qlükozid A, purpureya qlükozid B, qlükogitaloksin vardır. Fermentativ proseslərin getməsi üçün qlükozadan molekulun qopması zamanı ikinci qlükozidlər: digitoksin, gitoksin və gitaloksin yaranır. Digitanol qlükozid, flavonlar diuretik xassəlidir. Toxumlarında steroid saponinlər, digitonin və gitonin tapılmışdır. Bütün orqanlarında ürək qlükozidləri vardır. Yarpaqlarında purpurea A qlükozidi, digilanid A, digilanid B, a və b asetildigitoksin, digitoksin, lantozid, gitozid, gitorin, qlükoza, aqlikon, yarpaq və toxumlarında steroid saroninlər (digitonin, tigonin), flavonoidlər (lyuteolin və onun qlükozidi), kofein, xolin maddələri tapılmışdır.
İkiillik bitkinin tam inkişaf etmiş gövdə yarpaqları və çətiri xammal kimi keyfiyyətli dərman bitkisidir. Ürək xəstəliklərində təyin edilir. II və III dərəcəli qan dövranı pozğünluqlarında və hipertoniya xəstəliyində işlədilir. Ödemlərdə diurezi artırır, ürək əzələsini möhkəmləndirir. Artıq qəbul etdikdə qusma, ürəkdöyünmə (aritmiya) və kumlyasiya törədir. Hətta ürək dayanmasına və ölümə səbəb ola bilər. Yarpaqları keyfiyyətli ürək (kardiotonik) dərmanlarıdır. Toz və sulu məhlul şəklində digitoksin, gitoksin və kordigit dərman maddələridir. Bu dərmanlarla xroniki ürək-damar çatmamazlığında (dekompensasiya), mitral qüsurlarda, karonaroskelerozda, hipertoniya xəstəliyində, miokardın distrofiyasında, səyiridici aritmiyada, paroksizmal taxikardiyada və ürək ritminin digər pozğunluqlarında müvəffəqiyyətlə işlədilir. Bu bitkinin kumulyativ təsiri olduğundan müalicə ixtisaslı həkim nəzarəti altinda aparılmalıdır.