Dik Beddouz

Dik Beddouz (ing. Richard Herbert "Dick" Beddoes; d. 1926 – ö. 24 avqust 1991) — Kanadalı idman jurnalisti. O, "Vancouver Sun" və "The Globe and Mail" qəzetlərində, daha sonra isə televiziya və radioda işləmişdir.

Super seriya[redaktə | mənbəni redaktə et]

1972-ci ilin yazında SSRİ və Kanadanın ən güclü xokkeyçiləri arasında 8 oyundan ibarət yarışın keçirilməsi barədə razılıq əldə edildiyi zaman "The Globe and Mail" qəzetinin işçisi olan Dik Beddouz belə iddia edir ki, kanadalılar 8 görüşün hər birində qələbə qazanacaq.[1] O, öz fikrində ciddi olduğunu sübut etmək üçün belə bir vəd də verir:

"Əgər ruslar cəmi 1 oyunda belə qələbə qazana bilsə mən öz məqaləmi borş ilə birlikdə yeyəcəm. Redaktor qeydi: Hər ehtimala qarşı əlinizin altında xama saxlayın".[1]

Lakin elə ilk oyun SSRİ-nin 7:3 hesablı qələbəsi ilə başa çatır. Vəziyyət belə olduqda isə Dik Beddouz verdiyi vədi tutmalı olur. Oyun başa çatdıqdan sonra o, məqaləsinin dərc olunduğu qəzeti hissələrə bölərək yeyir.[1]

Kitabları[redaktə | mənbəni redaktə et]

  • Beddoes, Richard; Fischler, Stan; Gitler, Ira. Hockey! The story of the world's fastest sport. Macmillan. 1969. OCLC 33429.
  • Beddoes, Dick; Roberts, John. Summit 74: The Canada/Russia Hockey Series. Methuen. 1974. ISBN 978-0458911707.
  • Beddoes, Dick. Pal Hal. Macmillan. 1989. ISBN 978-0771594625.
  • Beddoes, Dick. Dick Beddoes' greatest hockey stories. Macmillan. 1990. ISBN 978-0771591068.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 Yazdığı məqaləsini yeyən jurnalist kimdir? Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine bmm.az, 29.09.2014.  (az.)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]