Dikanka

Dikanka (ukr. Дика́нька) — Ukraynanın Poltava vilayətində, Dikan rayonu ərazisində yerləşən şəhər tipli qəsəbə. Dikan rayonunun və Dikan qəsəbə sovetinin inzibati mərkəzidir. Qəsəbə sovetinə Vasilevka, Proni və Troyan kəndləri daxildir. Dikanka qəsəbəsi daha çox Nikolay Qoqolun «Dikanka yaxınlığında xutor axşamları» əsəri ilə tanınır.

Dikanka
ukr. Диканька
Bayraq Gerb
Bayraq Gerb
49°49′20″ şm. e. 34°32′03″ ş. u.HGYO
Ölkə  Ukrayna
Region Poltava vilayəti
Tarixi və coğrafiyası
İlk məlumat 1658
Əvvəlki adı Dikanka kəndi
Sahəsi 10,77 km²
Mərkəzin hündürlüyü 72 m
Saat qurşağı UTC+2
Əhalisi
Əhalisi 7.662 nəfər (2019)
Rəqəmsal identifikatorlar
Telefon kodu +380 5351
Poçt indeksi 38500
Nəqliyyat kodları BI, НI / 17
Digər
dykanka.at.ua
Xəritəni göstər/gizlə
Dikanka xəritədə
Dikanka
Dikanka
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Dikanka şəhər tipli qəsəbəsi Poltava inzibati mərkəzindən 27 km şimalda yerləşir. Qəsəbə Vorskla və Kratova Qovtva çayları arasındadır (~3 km). Dikankadan 6.5 km aralı Böyük Budişa kəndi var. Qəsəbə ərazisində bir neçə kiçik gölməçə var. Yaxınlıqdan iki əsas avtomobil yolu keçir: Н-12 и Т-1721.

Dikanka toponiminin mənşəyi barəsində bir neçə versiya mövcuddur. Bəziləri qəsəbənin adını ərazidə mövcud olmuş sıx meşə massivi ilə əlaqələndirirlər. Digərləri isə Dikan soyadı ilə bağlılığın olduğunu ehtimal edirlər. Məhs bu soyadlı ailələr kəndin ilk sakinləri olmuşdur. Müasir dövrdə Dikanka ərazisində bu soyada rast gəlinir[1]. V.Krivoşeyanın tarixi sənədlərində göstərilir ki, kənd ərazisində ilk məskunlaşan kazak Yahno Dikanenko olmuşdur[2].

İlk dəfə Dikanka haqqında 1658-ci ildə, Samuila Veliçkonun əlyazmalarında məlumat verilir. Dikanka kəndi yaxınlığında 1658-ci illərdə poltavalı polkovnik Martına Puşkar və getman İvan Vıqıvskinin dəstəsi arasında döyüş baş tutmuşdur[3]. O gündən döyüş sahəsi Serbinski adlanır. Ərazidə Serbinski qardaşlıq məzarı var.

1957-ci ildən kəndə şəhər tipli qəsəbə statusu verildi. 1959-cu ildə Dikankanın əhali sayı 5552 nəfər olmuşdur[4]. 1989-cu ildə isə əhali sayı 8863 nəfər idi[5]. 2001-ci ilin ümum ukrayna siyahıyaalınmasına görə əhali sayı 8468 nəfər olmuşdur[6].

  • Диканька // Географічна енциклопедія України. — Т. 1. — К., 1989. — С. 321. (ukr.)
  • Жук В. Н. Диканька: Історико-краєзнавчий нарис. — Харків, 1973. (ukr.)
  • Ханко О. В. Дрібна керамічна пластика ХVІІ-ХІХ ст. із Диканьки та інших гончарських центрів Поворскля // Археологічний літопис Лівобережної України. — 1998. — № 1-2 (3-4). — С. 170-171. (ukr.)
  • Туристическими тропами Диканщины. Путеводитель. — Полтава, 2008.
  • Швец Т. Д. Церковь Святителя Николая в посёлке Диканька Полтавской области // Филокартия. — 2009. — № 2 (12). — С. 36-37.


  1. Янко М.Т. Топонімічний словник України: Словник-довідник. — К.: Знання, 1998. — 432 с. (115 с.) (ukr.)
  2. Кривошея, 2014
  3. Василенко В. И. Диканька // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.
  4. "Всесоюзная перепись населения 1959 г." 2012-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-13.
  5. "Всесоюзная перепись населения 1989 г. Численность городского населения союзных республик, их территориальных единиц, городских поселений и городских районов по полу". 2012-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-13.
  6. Сайт Верховной рады Украины.