Dilarə Azaflı

Dilarə Azaflı (Zeynaova Dilarə Mikayıl qızı; 5 mart 1947, Azaflı, Tovuz rayonu25 avqust 2005, Bakı) — Azərbaycan aşığı.

Dilarə Azaflı
azərb. Zeynalova Dilarə Mikayıl qızı
Doğum adı Dilarə
Təxəllüsü Azaflı
Doğum tarixi
Doğum yeri Azaflı, Tovuz rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (58 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Mikayıl Azaflı
Anası Şamba xanım
Təhsili
Fəaliyyəti müəllimə, şairə-aşıq
Fəaliyyət illəri 1984
Əsərlərinin dili Azərbaycan dili
Janr şeir
Üzvlüyü

Həyatı[redaktə | mənbəni redaktə et]

Zeynalova Dilarə Mikayıl qızı (Dilarə Azaflı) 5 mart 1947-ci ildə Tovuz rayonunun Azaflı kəndində aşıq Mikayıl Azaflının ailəsində anadan olub[1]. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə daxil olub və 1965-ci il də oranı bitirib. 1971-ci ildə Bakı şəhəri Biləcəri qəsəbəsi 2 saylı Dəmiryol orta məktəbində, 1973-cü ildə 5 saylı (indiki 300 saylı) orta mnəktəbdə müəllimlik etmişdir. "Xalq maarifi əlaçıçı", "Fəxri dəmiryolçu", dəfələrlə "İlin müəllimi"adlarına layiq görülüb. Respublika Təhsil Şurası İdarə Heyətinin üzvü olub. 1984-cü ildə Aşıq Pəri Məclisinin üzvü olub.

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

14 yaşından seir yazmağa başlayan Dilarə Azaflı 1985-ci ildən dövrü mətbuatda çap olunmağa başlayır. "Aşıq Pəri Məclisi və el şairələri" (1987), "Azərbaycan poeziya almanaxı" (1991), "Dan ulduzu" (1998), "Haqqım var yaşamağa" (2001), "Aşıq Pəri Məclisi" (2004) kitablarında və digər almanaxlarda şeirləri çap olunub.

Kitabları[redaktə | mənbəni redaktə et]

"Duman gəlib dağlarıma"

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici kecid[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Aşıq qadınların antologiyası. Bakı: 2010. Səh. 29