Azaflı (əvvəlki: Azaplı ) — Azərbaycan Respublikasının Tovuz rayonunun Azaflı kənd inzibati ərazi dairəsində kənd.[ 3] Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Azaplı kənd inzibati ərazi dairəsi tərkibindəki Azaplı kəndi Azaflı kəndi adlandırılmış, Azaplı kənd inzibati ərazi dairəsi Azaflı kənd inzibati ərazi dairəsi hesab edilmişdir.[ 4]
Kənd sakinləri arasında oykonim "Azaflı" kimi tələffüz olunur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsinin yaxınlığında, Köhnəqala adlı yerdə zindan (əzabxana) olmuş və kənd öz adını buradan götürmüşdür;[ 5] başqa bir sözlə, kəndin adı "Əzablı" sözünün yerli əhalidəki tələffüzündən gəlmişdir.
Türk Osmanlı ordusunda "azaplar" piyada, oxçu əsgərlərə deyilirdi. Rumıniyada eyni adlı kənd vardır.
Azaflı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:
İnventar №
Abidənin adı
Tarixi
Yerləşdiyi ünvan
Növü
Əhəmiyyət dərəcəsi
6054
Köhnə qəbiristanlıq[ 6]
Orta əsrlər
Azaplı kəndindən 4 km şimal-qərbdə
Arxeoloji
Yerli
Kənd Əsrikçayın sol sahilində, dağ ətəyində, Tovuz-Böyük Qışlaq yolunun sağında yerləşir. Bayramlı , Aşağı Quşçu və Dondar Quşçu kəndləri ilə həmsərhəddir.
İl
Daimi əhali
Kişilər
Qadınlar
1999 [ 7]
1370
717
653
2009 [ 8]
↗1589
↗811
↗778
Kənd əhalisi əsasən heyvandarlıq və əkinçiliklə məşğuldur. Kəndin ərazisi əkinçilik və maldarlıq üçün əlverişlidir.
Kənddə Azaflı kənd kitabxana filialı,[ 9] Azaflı kənd klubu,[ 10] Azaflı poçt şöbəsi (AZ6017)[ 11] fəaliyyət göstərir.
Kənddə Azaflı kənd tam orta məktəbi fəaliyyət göstərir.[ 12] [ 13]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə Azaflı həkim məntəqəsi yerləşir.[ 14]
↑ http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=106 .
↑ https://www.e-gov.az/az/services/readwidenew/3544 .
↑ "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 97" (PDF) . 2022-01-28 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2022-05-02 .
↑ "Tovuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı" . 2022-08-26 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-08-26 .
↑ Azaflı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti . I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 69. ISBN 978-9952-34-155-3 .
↑ "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 155" (PDF) . 2021-07-07 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2022-05-06 .
↑ Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 156.
↑ "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 209" . 2022-04-11 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-04-11 .
↑ "" Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 57" (PDF) . 2021-11-10 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2022-04-22 .
↑ "" Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 103" (PDF) . 2021-11-10 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2022-04-22 .
↑ "Azərbaycan Respublikası Tovuz Rayon İcra Hakimiyyəti. Poçt və Rabitə (tovuz-ih.gov.az)" . 2022-06-18 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-04-25 .
↑ "Azərbaycan Respublikası Təhsil Nazirliyi. Tovuz Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri. (tovuz.edu.gov.az)" . 2022-06-27 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-04-22 .
↑ "Tovuz rayonundakı orta məktəblər, internat məktəbi, peşə liseyi və dövlət sosial iqtisad kolleci haqqında məlumat (tovuz-ih.gov.az)" . 2015-12-19 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-04-23 .
↑ "Tovuz rayon səhiyyə müəssisələri haqqında məlumat (tovuz-ih.gov.az)" . 2022-06-18 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-04-23 .
Şəhərlər Kəndlər Ləğv olunmuş kəndlər