Dilaram Sultan (1595 – 5 (15) yanvar 1647) — Səfəvi vəliəhdi Məhəmməd Bağır Mirzənin cariyəsi,[1][2] Şah I Səfinin anası. [3][4]
Dilaram Sultan | |
---|---|
Marta Konstans qızı Baqrati | |
1629 – 1642 | |
Əvvəlki | Məhdi-Ülya (həqiqi olaraq) |
Sonrakı | Dilbər (Anna) Sultan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Tiflis |
Vəfat tarixi | |
Vəfat yeri | İsfahan |
Fəaliyyəti | qul[d] |
Həyat yoldaşı | Vəliəhd Şahzadə Məhəmməd Bağır Mirzə Səfəvi |
Uşağı | oğlu : Şah Səfi |
Dini | İslam |
Dilaram Sultan 1605-ci ildə Tiflisdə knyaz ailəsində anadan olmuşdur.[mənbə göstərin] Səfəvi-Osmanlı müharibələrində Gürcüstanın bir çox əraziləri döyüş meydanına çevrilmişdi. Bu səbəbdən atası Konstans Baqrati ailəsini Şimala – daha təhlükəsiz əraziyə aparmalı oldu. 1612-ci ildə müharibə bitdikdən sonra onlar yenidən Tiflisə geri döndülər. Lakin sabitlik uzun sürmədi. 1613-cü ildə yenidən Səfəvi-Osmanlı müharibəsi başladı. Ağır günlər keçirən ailə 1618-ci ildə qələbə qazanan Şah I Abbas tərəfindən "böyük sürgün"ün qurbanı oldu. Minlərlə gürcü ailəsi ağır şərtlər altında İranın içərilərinə köçürüldü. Dilaram Sultanın valideynləri yolda vəfat etdi, yeganə qardaşını isə yolda itirdi.[5]
Siması olduqca gözəl olan Dilaram hərəm ağaları tərəfindən yolda ikən seçilir. Onu bir neçə qızla İsfahan sarayına aparırlar. Saraya daxil olan Dilaram fars dilini, oxuma-yazmanı mükəmməl öyrənir. O ağılı və cəsarəti ilə Zeynəb Bəyimin diqqətini çəkir.[5]
O dövrdə Şah Abbasın vəliəhd oğlu Məhəmməd Bağır qız axtarışına çımışdı. Gənc şahzadə saraydakı heç bir cariyəni bəyənmirdi. Zeynəb Sultan Dilaramı gecələrin birində hərəmə salaraq Məhəmməd Bağırın otağına salır. Beləliklə də, Dilaram xatunun həyatında dönüş yaranır. Şahzadə onu çox sevir və vurulur.[5]
Şahzadə Səfinin doğulması Dilaram bəyimin saray mövqeyini artırdı. Dilaram bəyim bilirdi ki, oğlu Səfi dövlətin tək şahzadəsidir. Beləliklə, 1629-cu ildə hakimiyyətə onun oğlu Səfi gəlir.
1632-ci ildə şahın hərəmində Səfinin hakimiyyətinə qarşı üsyan qalxdı. Nəticədə, şah qırx hərəm qadının edam edilməsi və I Abbasın qızlarının demək olar ki, bütün oğullarının öldürülməsi ilə bağlı əmr verdi.[3] 1632-ci il hadisəsinə qədər hərəmdə aparıcı qadın I Abbasın bibilərindən biri olan Zeynəb Bəyim idi.[3] Hadisədən sonra Dilarəm xatun ən nüfuzlu matriarxata çevrildi.[3] 1647-ci ildə Dilaramın oğlu Səfi vəfat etdikdə onun yerinə II Abbas adlı nəvəsi keçdi.[3] Hələ gənc olan II Abbasın hakimiyyətinin ilk illərində sədrəzəm Sarı Tağı Dilaramın güclü dəstəyi ilə onun regenti kimi fəaliyyət göstərmişdir.[3]
Dilaram Sultan xeyriyyəyə böyük önəm vermişdir. İsfahanda və Qəzvində bir çox mədrəsə və yetimxanlar açdırmışdı. Vətəni Gürcüstana isə dəyərli alimləri və həkimləri göndərirdi. İsfahanda bir çox tiklilər onun adı ilə bağlıdır. Xalq tərəfindən sevilmiş, "Dövlət Validəsi" adlandırılmışdır. Səfəvi-Osmanlı müharibəsi dövründə əziyyət çəkən ailələr üçün yardımlar etmiş, onlara köməklik etmişdir.
Dilarəm Sultan müvafiq olaraq 1645/1646 və 1647/1648-ci illərdə iki məktəbin tikintisini maaliyyələşdirmişdir.[6] İsfahanda Sarı Tağının sədrəzəmliyi dövründə tikilmiş və şəhərin ən böyüklərindən biri olan "Cəddə karvansarası" (Cəddə nənə deməkdir) padşah II Abbasın nənəsi Dilarəm Sultana aiddir. [7] Ümumilikdə İsfahanda Dilarəm Sultanın vasitəçiliyi ilə tiklmiş iki karvansara mövcuddurr.[6]