Dilbər Gülyamovna Əbdürrəhmanova (özb. Dilbar Gʻulomovna Abdurahmonova; 1 may 1936[1], Moskva[1] – 20 mart 2018, Daşkənd) — SSRİ və Özbəkistan dirijoru, skripkaçı, pedaqoq, SSRİ xalq artisti (1977). Özbəkistanda ilk qadın dirijor.
Dilbər Əbdürrəhmanova | |
---|---|
özb. Dilbar Gʻulomovna Abdurahmonova | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 1 may 1936[1] |
Doğum yeri | |
Vəfat tarixi | 20 mart 2018 (81 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | dirijor, musiqi pedaqoqu[d], skripkaçı |
Musiqi aləti | skripka |
Təhsili |
|
Mükafatları |
|
1 may 1936-cı ildə Moskvada anadan olmuşdur. 1948–1955-ci illərdə R. Qlier adına Daşkənd Musiqi Məktəbinin (indiki R. Qlier adına Respublika Xüsusi Musiqi Akademik Liseyi) skripka sinfində oxumuş, eyni zamanda 110 saylı riyaziyyat məktəbində təhsil almışdır. 1959-cu ildə Daşkənd Dövlət Konservatoriyasında (indiki Özbəkistan Dövlət Konservatoriyası) B. Titel yanında skripka sinfini, 1960-cı ildə opera və simfonik dirijorluq şöbəsində Muxtar Əşrəfinin sinfini bitirmişdir. Özbəkistan Dövlət Konservatoriyasında opera ifaçılığından professor kimi dərs demişdir. 1965-ci ildən Sov.İKP üzvüdür. O, 20 mart 2018-ci ildə, 82 yaşında Daşkənddə vəfat etmişdir. "Minor" qəbiristanlığında dəfn edilmişdir.[2]