İsa Məmmədov (dövlət xadimi)

İsa Əli oğlu Məmmədov (11 iyul 1926, Şərur rayonu, Naxçıvan MSSR10 avqust 2007, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi (1981–1987), Lənkəran Şəhər Komitəsinin birinci katibi (1970–1981), Naxçıvan MSSR mədəniyyət naziri (1965–1970), Sosialist Əməyi Qəhrəmanı (1976), Azərbaycan SSR əməkdar müəllimi (1964), psixologiya elmləri doktoru (2006).

İsa Məmmədov
bayraq
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi
bayraq2
yanvar 1981 – 1987
Birinci katibHeydər Əliyev
Kamran Bağırov
bayraq
Azərbaycan Kommunist Partiyası Lənkəran Şəhər Komitəsinin birinci katibi
bayraq2
1970 – yanvar 1981
ƏvvəlkiMəmməd Babayev
SonrakıDilrubə Camalova
bayraq
Naxçıvan MSSR mədəniyyət naziri
bayraq2
1965 – 1970
SonrakıHüseyn İbrahimov
Şəxsi məlumatlar
Doğum tarixi 11 iyul 1926(1926-07-11)
Doğum yeri
Vəfat tarixi 10 avqust 2007(2007-08-10) (81 yaşında)
Vəfat yeri
Partiya
Elmi fəaliyyəti
Elmi dərəcəsi

Təltifləri Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni “Əmək igidliyinə görə” medalı
Azərbaycan SSR əməkdar müəllimi

İsa Məmmədov 1926-cı il iyulun 11-də Naxçıvan Muxtar Respublikası indiki Şərur rayonunun Aralıq kəndində anadan olmuşdur. 1942-ci ildə Şərur rayon mərkəzi orta məktəbini bitirdikdən sonra o, 1945–1947-ci illərdə Moskva ali komsomol məktəbində oxumuş, 1947–1950-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda ali təhsil almışdır. 1972–1977-ci illərdə isə İsa Məmmədov Moskva ali partiya məktəbinin müdavimi olmuşdur.

Əmək fəaliyyətinə 1943–1944-cü illərdə Şərur rayonunda orta məktəbdə başlayan İsa Məmmədov 1944–1945-ci illərdə Şərur rayon komsomol komitəsinin birinci katibi, 1947–1953-cü illərdə əvvəl Naxçıvan vilayət komsomol komitəsinin katibi, sonra isə birinci katibi, 1953–1961-ci illərdə Naxçıvan şəhər və rayon təhsil şöbələrinin müdiri, 1961–1965-ci illərdə Naxçıvan şəhər internat məktəbinin direktoru, 1965–1970-ci illərdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri, 1970–1981-ci illərdə Lənkəran şəhər partiya komitəsinin birinci katibi, 1981–1987-ci illərdə Azərbaycan kommunist partiyası mərkəzi komitəsinin katibi, 1988-ci ildən ömrünün sonunadək isə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun direktoru vəzifələrində çalışmışdır.

İsa Məmmədov 1997-ci ildə namizədlik, 2006-cı ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. İsa Məmmədovun Azərbaycanda təhsilin inkişafındakı xidmətləri təqdirəlayiqdir. O, ümumtəhsil məktəblərində psixoloji xidmətin təşkilində, praktik psixoloqların hazırlanması sahəsində səmərəli fəaliyyət göstərmişdir.

İsa Məmmədovun xidmətləri layiqincə qiymətləndirilmişdir. O, 1976-cı ildə sovet dövrünün ən yüksək adlarından biri olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, bir sıra orden və medallarla təltif olunmuşdur.

İsa Əli oğlu Məmmədov 2007-ci il avqustun 10-da ömrünün 82-ci ilində vəfat etmişdir.[1]

  • Мамедов, Иса Али оглу. "Психологические особенности обучения коммуникации на русском языке", 2006.[4]
  • Мамедов, Иса Али оглу. "Система работы по психологической службе в средней школе" автореферат дис. … д-ра психол. наук : 19.00.07 / И. А. Мамедов ; Бакинский Государственный Университет. — Баку, 2005. — 62 с. ; 20,5 см. — 100 экз.[5]
  1. "İSA ƏLİ OĞLU MƏMMƏDOV" (azərb.). AzərTAc. 11.08.2007. 2017-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyun 2016.
  2. указом Президиума Верховного Совета СССР от 27 декабря 1976 года
  3. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". «LegalActs» LLC (az.). legalacts.az. 02.10.2002. 2016-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-13.
  4. "Просмотр Авторы Мамедов, Иса Али оглу". bsu.by (rusca). Электронная библиотека БГУ. 2019-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyun 2016.
  5. "Мамедов, Иса Али оглу". İstifadə tarixi: 24 iyun 2016.[ölü keçid]