Dimetil sulfoksid (DMSO) — (CH3)2SO formulu olan kimyəvi maddədir. Xüsusi şirin dadı olan rəngsiz, qoxusuz bir maye (kifayət qədər təmiz deyil, dimetil sulfidin xarakterik bir qoxusu var).
Dimetil sulfoksid | |
---|---|
Ümumi | |
Sistematik adı | Dimetil sulfoksid |
Kimyəvi formulu | C₂H₆OS[1] |
Molyar kütlə | 78,13 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 1,1004 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 18,5 °S |
Qaynama nöqtəsi | 189 °S |
Kimyəvi xassələri | |
Turşunun dissosasiya sabiti | 35,1[2] |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 67-68-5 |
PubChem | 679 |
RTECS | PV6210000 |
ChEBI | 28262 |
ChemSpider | 659 |
İlk dəfə 1866-cı ildə rus kimyaçısı Aleksandr Zaytsev tərəfindən dimetil sulfidi azot turşusu ilə oksidləşdirərək sintez edilmişdir. Növbəti on illikdə bu birləşmənin xüsusiyyətləri ilə bağlı tədqiqatlar çox aparılmamışdır. Ancaq Birinci Dünya Müharibəsi zamanı Rusiya ordusunun xəstəxanalarında yaraların, qırıqların, müalicəsində fəal şəkildə istifadə edilmişdir. 1958-ci ildə bənzərsiz həll etmə qabiliyyəti aşkar edildikdən sonra Qərbdə dimetil sülfoksidə maraq çox artdı. 1960-cı ildə dimetil sülfoksidin sənaye istehsalı başlandı. Bundan sonra DMSO-in xüsusiyyətlərinin öyrənilməsinə həsr olunmuş nəşrlərin sayı kəskin şəkildə artdı.
Dimetil sulfoksidi almaq üçün əsas metod dimetil sulfidin oksidləşməsidir. Sənayedə bu proses azot turşusunu istifadə edilərək həyata keçirilir. DMSO sellüloz və kağız sənayesinin yan məhsuludur. DMSO-nun illik istehsalı on min tonlarla ölçülür. Laboratoriya şəraitində, dimetil sülfidin yüngül oksidləşməsi üçün kalium periodat istifadə edilə olunur. Amma DMSO-nu hazırlamaq üçün laboratoriya metodlarının heç bir praktik əhəmiyyəti yoxdur. Bunun səbəbi dimetil sulfidlə işləmək çox narahatlıq verir və həmçinin hazır məhsulun ticarət dəyəri aşağıdır.
Su ilə qarışdırıldıqda nəzərə çarpan istiləşmə baş verir. Metil yodid ilə reaksiyaya qirərək sulfoksonium ionu alınır, oda natrium hidridlə reaksiyaya daxilola bilir.
Dimetil sulfoksid tibdə çox istifadə olunur. Dərman vasitəsi kimi təmizlənmiş dimetil sülfoksid sulu məhlul şəklində (10–50%) iltihab əleyhinə və ağrı kəsici vasitə kimi istifadə olunur. DMSO mikroelektronika istehsalında getdikcə daha çox tətbiq olunur. Boya ləkələrini təmizləmək üçün benzin və ya dixlormetandan daha təhlükəsiz və təsirli olur.
Dimetil sulfoksid asanlıqla zədələnməmiş dəridən insan orqanizminə daxil olur və məhlulları zəhərlənməyə səbəb ola bilər. Qatı məhlullarl ilə təmasda olduqda dəridə qıcıqlanma baş verir.
1. Несмеянов А. Н. Начала органической химии. М.1969. Т.1, С. 211.
2. Кукушкин Ю. Н. Диметилсульфоксид . Соросовский образовательный журнал, 1997, 9, С. 54–59.