Dingir, Diĝir (şumercə: 𒀭; deyilişi [ tiŋiɾ ]) — mixi yazılı qaynaqlarda "Tanrı" anlayışını ifadə edir. "Tinqir" sözü "İlah" və ya "İlahə" olaraq tərcümə edilə bilər[1]. Şumer mixi yazılarında 𒀭 işarəsi adətən ilahiliyi, bəzən də müqəddəsliyi müəyyənləşdirmək üçün dini adların qarşısında istifadə edilir (məs.: 𒀭𒈹 = dingirİnanna; "İnanna tanrı").
İşarə əvvələr şumercə "göy", "ulu", "ən" (yüksək, uc, son) məna yükünü daşıyan an sözünün ideoqramı kimi istifadə olunub; sonralar isə işarə həm də dingir (tanrı) sözünün loqoqramına çevrilib və şumer panteonunun ən ulu tanrısı, bütün digər ilahların əcdadı hesab edilən An tanrının adını daşıyır; bundan əlavə, sözlərdə /an/ hecasını ifadə edən fonoqram kimi tətbiq edilir.
Assuriya mixi yazılarında bu (AN, DİGİR, ) həmçinin El (və ya ilu) İlahının ideoqramı və yaxud da an və il sözlərinin hecalı şəkildə yazılışı kimi oxunur. Şumer ilahiyyat anlayışı göylərlə sıx bağlıdır, faktlardan bu aşkar olunur ki, "göy" ideoqramının işarəsini iki dəfə yazdıqda ulduzun gerçək şəkli formalaşır. İlahiyyatın gerçək bağlılığı səmadakı parlaq hierofaniya ( yunan dilində "müqəddəs işığı gətirmək" anlamına gəlir) ilə bağlıdır. Bu da mümkündür ki, Şumercə olan Dingir sözü tədricən dəyişilib, Türk dilində olan Tenqri (səma, Göy Tanrısı) sözünə çevrilmişdir.
Güman ki, türk panteonunun baş ilahı (T2NQR2İ /teŋri/ = göy; Tanrı) şumer panteonundakı Dingir ilə bağlıdır[2].
Assuriya mixi yazılarında bu (AN, DİGİR, ) həmçinin il (yaxud ilu) ilahının ideoqramı və yaxud da an və il sözlərinin hecalı şəkildə yazılışı kimi oxunur.
Şumer işarəsi DİGİRin öz kökünü əsas ilaha işarə edən ulduzşəkilli ideoqramdan və yaxud da Şumer ilahı olan Andan(ilahların Uca Atası)alması barədə fikirlər mövcuddur. Dingir həmçinin səma və cənnət mənalarını da ifadə edir, bunun ziddi olan "ki" sözü isə yeri ifadə edir. Digirin cəmi digər sözlər arasında digir-digir şəklində ola bilər.
Aşşur dilində Digir sözü aşağıdakı mənaları bildirir:
Bir mülahizəyə görə DİNGİR sözü rahib və ya rahibə mənasını verə bilər, baxmayaraq ki Akkad dilində olan ēnu və ēntu sözləri həmçinin rahib və rahibə kimi tərcümə olunur. Məsələn nin-dingir (qadın-rahib) rahibə mənasını verir ki, bu rahibələr Eridu şəhərində yerləşən Enki məbədinə ərzaq alırdılar.[3]