Diospyros umlovok

Qafqaz xurması və ya Adi xurma (lat. Diospyros lotus) — ebenakimilər fəsiləsinin xurma cinsinə aid bitki növü.

Qafqaz xurması
Elmi təsnifat
Beynəlxalq elmi adı

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. [2][3]

Bioloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Təbiətdə hündürlüyü 25 m və gövdəsinin diametri 150 sm olan, qışda yarpağını tökən ağacdır. Yarpaqları ellipsvarıdır. Gövdəsinin tünd rəngli və dərin çatlı qalın qabığı vardır. Cavan zoğları yaşılımtıl-qəhvəyi və ya tünd qırmızımtıl-qəhvəyi rəngində olur. Yarpaqları zoğ üzərində sıralı yerləşmişdir. Yarpaqlarının kənarı tam və ya azca dişlidir. Yarpağın üstü tünd yaşıl olub, tüksüzdür, alt tərəfi isə tünd yaşıl və azca tüklü olur. Tüklər sonradan tökülür. Çiçəkləri tək-tək yerləşir. İkievli bitkilərdir. Dişi çiçəklər tək, erkək çiçəklər isə yarpaq qoltuqlarında yerləşmişdir. Meyvəsi oktyabrda yetişir; əvvəlcə yaşıl, sonra narıncı, tam yetişdikdə isə, göyümtül qara rəngli. üzəri boz mum qatı ilə örtülü olur. Hər meyvədə 2-8 ədəd toxum var. Meyvəsi yetişdikdən sonra şirinləşir. Təbii yayılma ərazisində torpağı rütubətli dağ yamaclarında, çay kənarlarında, bulaqların yanında daha çox rast gəlinir. Təbii sıxlığının ciddi tükənməsinə baxmayaraq, bu növ geniş yayıldığına görə az təhlükə altında olan növ hesab edilir.

Hündürlüyü 15–25 m, əlverişli şəraitdə isə 40 m, diametri 80 sm-ə qədər olan ağacdır. Yan kökləri torpağın dərinliyinə girmiş və kök sistemi saxələrə ayrılmışdır. Cavan budaqları hamardır, yaşılımtıldır; yaşlı gövdəsinin qabığı uzununa və köndələn yarıqlara dərin çatlayır, bayır tərəfdən açıqqəhvəyi və ya qəhvəyitəhər-boz rəngdədir, kənarları və çatları dəyirmidir. Tumurcuqları neştərşəkillidir.[4]

Yapaqları töküləndir, uzunluğu 5- 15 (20) sm,eni 3-6 (10) sm-dir, yumurtaşəkilli-uzunsov, uzunsov-ellipsvari və enli-neştərvaridir, qaidə hissəsində daralmış və ya dəyirmidir, təpə hissədə sivriləşmişdir,üst tərəfdən tünd-yaşıl,tutqun və yaxud şəffafdır, çılpaqdır, alt tərəfdən göyümtül-yaşıl rəngli, qısa tüklü və ya demək olar ki, çılpaqdır, qısa, qalın, tüklü, uzunluğu 1-1,5 sm olan saplaq üzərindədir. Qoltuq çiçəkləri 4-5 üzvlü olub, qısa saplaqlıdır. Tac qonurtəhər-qırmızı və ya çirkli-cəhrayı rəngdədir. Giləmeyvəsi şarşəkillidir, ətlidir və diametri 10-20-dir, yetişməmiş giləmeyvələri yaşıl rəngdə, daha sonra isə kəhrəbayaoxşar-sarı, tünd-qonur rəngdə olub, üzərində göy-mavitəhər təbəqəsi vardır. Toxumları 6 (1-10) ədəddir. Çiçəkləməsi may-iyun, meyvə verməsi oktyabr-noyabr aylarında baş verir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 15–25 m, əlverişli mühitdə 40 m, gövdəsinin eni 80 sm çatan, kök sistemi yaxşı inkişaf etmiş ağacdır. Cavan zoğları hamar, yaşımtıl, ağ lansetvari mərciməkciklidir. Tumurcuqları lansetvaridir. Qısa, yoğun tükləşmiş saplaqlı yarpaqlarının uzunluğu 5-15 (20) sm, eni 3-6 (10) sm, yumurtavari, uzunsov elliptik və ya enli lansetvaridir, üstdən tünd yaşıl, altdan bozumtul-yaşıl, qısa tükləşmiş və ya çılpaqdır. Çiçəkləri qısa çiçək saplaqları, 4-5 üzvlü, qoltuqludur; erkəkcikli çiçəklər 4–6 mm, 2-5 çiçəkli, yarım çətirdə, dişicikli çiçəklər 7–14 mm, tək-tək yerləşir. Tacı qonur-qırmızı və ya çəhrayıtəhərdır. Şarvari qiləmeyvəsi 10–20 mm, ətlidir, 6(1-10) toxumludur. Yetişdikdə üstü bozumtul-mavi çalarlı kəhrabayı-sarı və tünd qonur rənglidir. May-iyunda çiçəkləyir, oktyabr-noyabrda meyvə verir.[5]

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Əlverişli bitmə şəraitində 40m-ə qədər hündürlükdə və 60-70 sm dimaetrində ağacdır. Yarpaqlarının uzunluğu 5-15 sm, eni 4-6 (10) sm olub uzunsov-yumurtavari, uzunsov-ellipsşəkilli və ya enli-lansetşəkillidir4 üst hissədən yaşıl, parlaq, alt hissədən bozumtul-yaşıl rəngli və çılpaqdır; saplağı qısa (1-1,5 sm), cod tüklüdür. Çiçək tacı qonur-qırmızı və tünd –çəhrayıdır. Meyvələri kürəvari və lətlidir, 10–20 mm dimaetrindədir. Hər meyvədə 2-10 ədəd toxum olur.[6]

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri

[redaktə | mənbəni redaktə et]

May –iyun aylarında çiçəkləyir. Meyvələri sentyabr –noyabr aylarında yetişir. Tozlanması entomofildir. Toxumları və kök pöhrələri ilə çoxalır. Dəniz səviyyəsindən 1000 m yüksəkliyə qədər aşağı və orta dağlıq qurşağının qarışıq meşələrində yayılmışdır. Bəzən təmiz meşəlik yaradır. Əksər hallarda qarışıq meşələrin tərkibində biir. Yüngül allüvial rütubtəli torpaqları sevir. Dekorativdərman bitkisidir. Yaşıllaşdırmada, meşəsalma işlərində geniş istifadə oluna bilər. Balverəndir.[7]

Qafqaz xurması: meyvələr, yarpaqlargövdə


Mənşəyi və yayılması

[redaktə | mənbəni redaktə et]

Adi xurma qədim meşə coğrafi tipinin Kiçik Asiya — Aralıq dənizi sinfinin qədim aralıq dənizi qrupuna aiddir. Aralıq dənizi, Balkan, Kiçik Asiya, İran, Hindistan, Himalay, Yaponiya, Çin, Ukrayna, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda Böyük Qafqazın şərq və qərb, Kiçik Qafqazın şimal rayonlarında, Talışın dağlıq hissəsində, Lənkəran və Kür-Araz ovalıqlarında, Alazan-Əyriçay vadisində və Bozqır yaylasında yayılmışdır. Arandan orta dağ qurşağına kimi (dəniz səviyyəsindən 1800 m qədər) bitir.

Tropik ölkələrdən başlayaraq, demək olar ki, yarısı Hind-Sakit okeanları ərazilərində, Azərbaycanda isə Lənkəran, Lerik, Astara,Balakən , Ismayıllı,Zaqatala, Yardımlı və Masallı rayonları ərazilərində rast gəlinir.

Lənkəran ovalığı (Lənkəran rayonu-İstisu, Bürcəli və Yuxarı Apo kəndləri, Astara rayonu –Siyaku, Maşxan kəndləri, Təngərudçay vadilərində), Lənkəranın dağlıq hissəsi ( Lerik -40-cı km, Yardımlı, Masallı rayonlarının meşələri), Böyük Qafqazın qərb (Zaqatala rayonu –Car, Makov, Əliabad, Matsex –Qəbizdərə, Misgər –Taxtalar, Yuxarı Çardaxlar, Gözbarax, Məzix kəndlər ətrafı meşələr); Alazan –Əyriçay vadisi (Balakən rayonu-Silbançay) və şərq hissəsi (İsmayıllı rayonu –Buynuz kəndi).[8][9]

Samur-Dəvəçi ovalığının rayonlarında aşağı dağ qurşağından orta dağ qurşağına kimi yayılmışdır. Qarışıq meşələrdə bitir. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir növdür.[10] Çay kənarlarında işıqlı rütubətli dağ yamaclarında yayılmışdır. Dəniz səviyyəsindən 400–800 m hündürlükləri arasında rast gəlinir.

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiya azalmağa meyillidir, mənfi təsirlərə həssasdır.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Antropogen amillərdir (meşə torplarının əkin üçün istifadə edilməsi, ağacların qırılması və otarılma). 

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Hirkan Milli ParkındaZaqatala Dövlət Təbiət Qoruğunda mühafizə olunur. 

Ekoloji qrup və bitdiyi yerlər

[redaktə | mənbəni redaktə et]

Mezofitdir, meşə bitkilik tipində rast gəlir. Bəzən meşə əmələ gətirir. Meşə əmələ gətirir[5] və meşələrdə qarışıq halda rast gəlinir; bundan başqa yabanı halda da rast gəlinir.[4]

Kimyəvi tərkibi

[redaktə | mənbəni redaktə et]

Flavonoid, fenolkarbon turşuları, C vitamini, aşı maddələri, triterpenoid, üzvü turşular və xinonlarla zəngindir.[5]

Təsiri və tətbiqi

[redaktə | mənbəni redaktə et]

Xalq təbabətində istifadə olunur, Azərbaycanın orta əsrlər təbabətində tətbiq edilmişdir. Əsasən zob xəstəliyində, irinli yara və xoralarda istifadə olunur. Yarasağaldıcı və öskürəyə qarşı təsirə malikdir. İstifadə olunan hissələri - müalicə məqsədi ilə bitkinin yarpaqları və meyvələri istifadə edilir. İstifadə formaları - təpitmə və bəkməz (doşab).[5]

Digər faydalı xüsusiyyətləri və istifadəsi

[redaktə | mənbəni redaktə et]

Meyvələri yeməlidir, yetişdikdə tər və qurudulmuş halda istifadə olunur. Yerli əhali meyvələrindən şirələr, çaxır və araq hazırlayır. Əzilmiş meyvələri şirin çörəklər bişirildikdə una əlavə olunur. Dekorativ və bal verən ağacdır.[5]

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Meyvələri yeyiləndir. Qiymətli balverən bitkidir. Dekorativ məqsədlə park və bağlarda əkilir. Oduncağı möhkəm olduğu üçün dülgər və xarrat məmulatlarının hazırlanmasında istifadə olunur.[4]

Təbii ehtiyatı və çoxalması

[redaktə | mənbəni redaktə et]

Təbii halda Azərbaycanda arealı çox geniş deyildir. Generativ yolla çoxalır.

Təbii ehtiyatınnın dəyişilməsi səbəbləri və becərilməsi

[redaktə | mənbəni redaktə et]

Başlıca olaraq insan fəaliyyətidir. Azərbaycanda mədəni halda becərilir.

Qəbul edilmiş və zəruri qoruma tədbirləri

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın “Qırmızı kitabı”na salınmışdır. Bitkinin təbii yayıldığı ərazilərdə yasaqlıqların yaradılması zəruridir.

http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1057.
  2. "Arxivlənmiş surət". 2020-09-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-01.
  3. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
  4. 1 2 3 Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016
  5. 1 2 3 4 5 Mehdiyeva N.P. «Azərbaycanın dərman florasının biomüxtəlifliyi», Bakı,2011
  6. Флора Азербайджана, 1957
  7. Azərbaycan SSR-in Qırmızı Kiatbı, 1989
  8.  Səfərov İ.S., Əsədov K.S., 1984
  9. Mehdiyeva N.P., 2011
  10. Validə M. Əlizadə, Naibə P. Mehdiyeva,Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019