Diplomat romanı—(ing. The Diplomat) 1949-cu ildə Ceyms Oldric tərəfindən 1945–46-cı illərdə Cənubi Azərbaycanda baş vermiş müstəqillik hərəkatı haqqında yazılıb. Romanın baş qəhrəmanı həyatının böyük hissəsini Cənubi Azərbaycanda keçirmiş Mak-Qreqordur və bu obrazın protatipi Ceymc Oldricdir. Hadisələr Soyuq Müharibə dövründə cərəyan edir.[1]
Diplomat | |
---|---|
ing. The Diplomat | |
Müəllif | Ceyms Oldric |
Janr | roman |
Orijinalın dili | İngilis |
Ölkə | Birləşmiş Krallıq |
Orijinalın nəşr ili | 1949 |
Rəssam | P.Vinten |
Nəşriyyat | The Bodley Head |
Nəşr | 1949 |
Səhifə | 728 |
Diplomat romanını 1949-cu ildə Britaniya əsilli Avstraliyalı yazıçı Ceymc Oldric yazıb. İlk nəşri 1949-cu ildə Britaniyada, nəşriyyatçı "The Bodley Head", 728 səhifədən ibarət bir şəkildə yayınlayıb.
Roman Britaniyanın Mak-Qreqor və Britaniyalı diplomat Esseksin İranda, o cümlədən, Cənubi Azərbaycanda baş vermiş üsyan nəticəsində Rusiyaya səfər etməsi ilə başlayır. Mak-Qreqor ixtisasca geoloq olsa da, Rus, İran və Azərbaycan dillərini bildiyinə görə Essekslə birlikdə gedir. Onların fikrincə, Cənubi Azərbaycanın güclənməsində Rusiyanın böyük rolu var idi. Buna görə də, bu məsələni həll etmək üçün Esseks Kremldə Molotovla görüşür. Yanlız bu görüş onlar üçün uğurlu olmur. Onlar geri dönmə qərarı aldığı zaman, Stalin onları görüşə dəvət edir. Bu görüşün nəticəsində Mak-Qreqor və Esseks İrana (Cənubi Azərbaycana) səfər etməli olur. Onlar əvvəlvə İrana gedirlər. Daha sonra, onlar Cənubi Azərbaycana yola düşürlər. Onlar Zəncanda üsyan tərəfdarları ilə qarşılaşırlar. Romandakı Azərbaycanlı qəhrəman üsyan tərəfdarlarıdan biri olan Cavad Qoçəlidir. O Esseksə bu torpaqların Azərbaycanın olduğunu və onların müstəqillik əldə etmək üçün heç bir ölkədən kömək almadığını söyləyir. Bu görüştən sonra Mak-Qreqor və Esseks Zəncanın valisi ilə görüş keçirirlər. Görüşdə Cavad Qoçəli və kapitan da iştirak edir. Yanlız Zəncanın valisinin onlara verdiyi sözə əməl etməyib kapitanı və Cavad Qoçəlini döydürtməsi Esseksi əsəbləşdirir və onlar buradan uzaqlaşırlar. Esseksin Britaniyaya qayıdanda yazdığı məqalədə, Azərbaycanlıların Rusiyadan kömək aldığı və onların səfərləri boyunca rus əsgələrlə qarşılaşdığı deyilir. Bu hadisə Mak-Qreqoru əsəbləşdirir və o, The Times qəzetinə bir məqalə yazıb göndərir. Bu məqaləyə o, Azərbaycanda gördükləri doğru məlumatları qeyd edir.
Nəticədə, Lord Esseksin nüfuzu sarsılır, öz işindən məhrum olur və həyatının geri qalanını New Yorkda keçirir. Mak-Qreqor isə Cavad Qoçəlinin ona etdiyi təklifi qəbul edir və Cənubi Azərbaycana öz ixtisası üzrə işləməyə gedir.[1]