Direjan (kürd. Dirêjan) — Türkiyənin şərq və cənub-şərq regionlarında, həmçinin İranda yaşayan kürd tayfası.
Direjan tayfasının adı həmçinin, Dirican, Dirijan və Dirican kimi qeyd edilir. Bir nəzəriyyəyə görə, tayfanın adı türkcədəki "diri" və farscadakı "can" sözlərindən formalaşmışdır, "güclü və qüvvətli" deməkdir. Başqa bir nəzəriyyəyə görə, bu ad kürd dilinin kurmanci dialektində "uzun" mənasında olan "direj" və "uzunboylu insanlar" mənasında olan "direjbun" sözləri ilə əlaqədardır.[1]
İndiki dövrdə Malatya və rayonlarından başqa, müxtəlif şəhərlərlə yanaşı, Sivas, Elazığ, Adıyaman vilayətlərində də məskunlaşıblar. Tayfanın əksəriyyəti Malatya vilayətində yaşayır. Osmanlı imperiyası dövründə onlar Anadolunun şərqi, cənub-şərqi, mərkəzi hissələrində, qismən Qara dəniz regionunda yaşamışlar. Osmanlı dövründə səpələndikləri regionlarda şəraitə görə heyvandarlıq həyat tərzindən ayrılaraq müxtəlif ərazilərə üz tutmuşdular.[2]