Diridoğan kərtənkələlər

Diridoğan kərtənkələlər (lat. Zootoca vivipara) — Əsl kərtənkələlər fəsiləsinə və eyni adlı cinsə aid növ. Bəzən bu növün daxil olduğu cinsi Meşə kərtənkələləri (Zootoca) adlandırılır. Əvvəllər isə bu növ Yaşıl kərtənkələlər cinsinə daxil edilirdi.

Diridoğan kərtənkələlər
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Diridoğan kərtənkələlər
Beynəlxalq elmi adı

Demək olar ki, bütün Şimali Avropa boyunca, Mərkəzi və Şərqi Avropada və Şimali Asiya ərazilərində yayılmışlar. Onlar soyuq temperatura davamlığı ilı seçilirlər. Bu səbəbdən arealları Şimal Buzlu okean sahillərinə qədər uzanır.

Diridoğan kərtənkələlər 15–18 sm uzunluğa malik olsalarda onun 10–11 sm quyruğu təşkil edir. Belinin ortası qəhvəyi olur və tünd xətlərə malik olurlar. Aşağı nahiyəsi açıq rənglərdə olur. Erkəklərdə yaşıl vəya sarı, dişilərdə isə kərniç-qırmızı olur. Bəzən büstütün qara (Melanizm) rəngdə olan fərdlərədə rast gəlinir.

Əsasən kiçik Cücülərlə, yağış qurdları və molyusklarla qidalanır. Onlar öz şikarlarını kiçik dişləri ilə saxlayırlar. Şikarlarını dişləri ilə doğraya bilmirlər və onları diri udurlar.

Onlar yaxşı üzə bilirlər. Düşmənlərdən qaçarkən suya girərək üzür və ya daşların arasında gizlənirlər. Bəzən isə torpağın altına qazaraq girirlər. Qışı isə 30–40 sm dərinlikdə yerləşən yuvalarda keçirirlər.

Diridoğan kərtənkələ 3 yaşına catarkən yetkinləşir. Aprel-may ayları çütləşmə baş verir. Diri doğması ilə seçilir. İyulun ortası-avqustun əvvələri 8–12 olmaq bala doğur. Balalar 34–40 mm uzunluğa malik olur.

Arealın cənub-qərbində Kantabriy dağları bölgəsində bu növün nümayəndələri yumurta qoymaqla çoxalır.

  • Жизнь животных. В 7-ми т. / Гл. ред. В. Е. Соколов. Т. 5. Земноводные. Пресмыкающиеся. / А. Г. Банников, И. С. Даревский, М. Н. Денисова и др.; Под. ред. А. Г. Банникова. — 2-е изд., перераб. — М.: Просвещение, 1985. — C. 225–226.
  1. The Reptile Database (ing.). / P. Uetz 2015.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]