Şimali Asiya — bu region Asiya qitəsinin çox böyük bir hissəsini tutmuşdur . İnzibati cəhətdən Rusiya Federasiyasının Ural dağların dan şərqdə yerləşən geniş bir ərazisini əhatə edir . Şimal Buzlu okeanından Mərkəzi Asiyaya - Monqolustan və Çin sərhədlərinə , Ural dağlarından Sakit okean sahillərinə qədər uzanır . Mürəkkəb relyefə , çox təzadlı təbii şəraitə , zəngin təbii ehtiyatlara malik olması regionun əhəmiyyətini çox artırır . Geniş düzənliklər və hündür dağ sistemləri regionun relyefinin ümumi mənzərisini müəyyən edir.
Şimali Asiya | |
---|---|
62°38′27″ şm. e. 104°44′50″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Orta Sibir yaylası , Verxoyansk , Çersk , Baykalətrafı dağlar Sixote - Alin , Sta Şimalda çayların ətrafında ovalıqlar geniş sahə tutur ( Mərkəzi novoy , Cuqcur , Koryak dağları regionun əsas relyef formalarıdır . Yakutiya ovalığı və s . ) . Ərazinin çox hissəsi platforma sahəsinə aid Burada fəaliyyətdə olan vulkanlar ( məsələn , Klyuçevskaya Sopka ) , qeyzerlar diqqəti cəlb edir , güclü zəlzələlər tez - tez təkrarlanır . Coğrafi mövqeyi regionun təbii şəraitində də həlledici rol oynayır . Burada Şimal yarımkürəsinin ən soyuq məntəqəsi yerləşir ( Oymyakon – 71 °C ) . Şimal Buzlu okeanının sahillərində və materikin daxili hissələrində yerləşməsi kontinental iqlim tipinin yaranmasına səbəb olmuşdur . Şimal yarımkürəsinin « soyuqluq qütbünün şimalda Arktika sahəsində deyil , cənubda yerləşməsi də kontinental iqlim və relyef şəraiti ilə izah oluna bilər . Sakit okean sahilləri isə musson iqliminə malikdir . Şimali Asiyanın daxili hissələri və Şimal Buzlu okeanı sahilləri az yağıntı alır . Region özünün zəngin daxili suları ( çay və gölləri ) ilə də seçilir . Asiya qitəsinin mühüm çay sistemləri ( Ob , Yenisey , Lena , Amur ) və dünyanın ən dərin gölü ( Baykal ) burada yerləşir . Sərt iqlim şəraitində çaylar uzun müddət buz bağlayır . Şimaldakı adalarda və okean sahili boyunda Arktika səhraları zonası yerləşir . Cənuba doğru tundra , meşətundra və daha geniş sahə tutan tayqa zonaları bütöv qurşaq əmələ gətirməyən meşə - çöl və çöl zonaları ilə əvəz olunur . Ərazidə kəskin kontinental iqlimə malik dağlıq sahələr də geniş yayılmışdır . Enliyarpaqlı meşələr Sakit okean sahili zonasını tutur . de Şimali Asiyanın təbiəti insanlar tərəfindən daha az yerləşir . Region zəngin təbii sərvətlərə malikdir . Neft və qazın ( Qərbi Sibir ) , daş kömürün ( Kuzbas , Kansk - Açinsk ) , dəmir filizinin , elvan və digər qiymətli və nadir metalların ehtiyatı ilə seçilir . Hid roenerji ehtiyatları , meşələr , qiymətli heyvan növləri təsərrüfatın inkişafında mühüm yer tutur . Sərt iqlim şəraiti , daimi donuşluq və relyef ərazinin mənimsənilməsini çox çətinləşdirir . Bir sıra region larda təbii ehtiyatların istismarı ekoloji gərginlik yaranmasına səbəb olmuşdur [1].