Diriliş kilsəsi (Kökşetau)

Diriliş kafedralı (qaz. Qaita tırılu sobory; rus. Воскресе́нский собо́р) və ya Məsihin dirilişi kilsəsi (qaz. Mäsıhtıñ qaita tırılu şırkeuı; rus. Храм Воскресе́ния Христо́ва) ― Qazaxıstanın şimalındakı Akmola vilayətinin paytaxtı Kökşetauda, Kopa Gölü sahilində yerləşən Rus Pravoslav kafedralı. Kilsə Rus Pravoslav Kilsəsinin Kökşetau dekanlığının əsas məbədidir. Kilsə memarlar Belik D.L. və Matskovyak V.Q.-nin dizaynı ilə 2015 ilə 2020 arasında inşa edilmişdir və 2020-ci ildə təqdis edilmiş. Pasxaya həsr olunmuş kilsənin tutumu 500 nəfərdən çoxdur. Tikili neoklassik üslubda tikilmişdir.

Rus Pravoslav
Diriliş kilsəsi
53°17′55″ şm. e. 69°22′52″ ş. u.
Həsr olunub Pasxa
Xeyir-duası 2 dekabr 2020
Yerləşməsi
Ölkə
Yeri Nazarbayev küçəsi, 71 (020000), Kökşetau
Memarlıq
İnşa tarixi 2015 – 2020
Memarı Belik D.L., Matskovyak V.Q.
Üslubu Neoklasisizm
Tutumu 500 nəfər (max. 1 500 nəfər)
Saytı
pravest-kokshe.kz
Diriliş kilsəsi xəritədə
Diriliş kilsəsi
Diriliş kilsəsi

Tarix[redaktə | mənbəni redaktə et]

Kökşetaudakı Diriliş kilsəsi 2015-ci ildə tikilmişdir. 21 noyabr 2015-ci ildə Astana və Qazaxıstan mitropoliti Aleksander Moqilyev Kökşetauda kilsənin inşası üçün yer təqdis etdi.

Tikinti Kopa gölü sahilində, yeni bir mikrorayonda, şəhər rəhbərliyi tərəfindən təyin edilmiş ərazidə aparılmışdır. Vəqfin inşasına 12 aprel 2016-cı il tarixində başlanılmışdır. Binanın qübbəsi 2017-ci ilin mart ayında quraşdırılmışdır.[1]

Müqəddəslik[redaktə | mənbəni redaktə et]

Kafedral 2 dekabr 2020-ci il tarixində, qısa ayinlə, Astana və Qazaxıstan mitropoliti Aleksander Moqilyev tərəfindən təqdis edildi. İnşaat şirkətlərin, qurumların və şəxslərin ianələri hesabına mailiyyələşdirilmişdi. Layihənin ümumi dəyəri 1,5 milyard təngə idi.[2]

Təsvir[redaktə | mənbəni redaktə et]

Katedral Kökşetaunın şimalında, Kopa gölünün sahilində yerləşir. Tikili XIX əsrdə Rus kilsə memarlığı üslubunda inşa edilmişdir. Kafedral 1500 nəfərə qədər yer təklif edir.

Nefin döşəmə planı dördbucaqlıdır və şərq tərəfində neflə birləşdirilmiş zəng qülləsi var. Nefin üstündə, dörd küncün dördündə də qızıl günbəzlə bəzədilmiş rotondalar var. Bu rotondaların hər birinin səkkiz pəncərəsi mövcuddur. Mərkəzdəki on iki pəncərəli rotonda üzərində mərkəzi günbəz qoyulmuşdur.

Rotondanın pəncərələri arasındakı bütün sütunlar düz korinf plyastralar ilə bəzədilmişdir. Zəng qülləsi yuxarısında dairəvi hissə olan kvadrat formasındadır. Qüllənin üstündə qızıl uclu günbəz dayanır.

Qüllənin içərisində Tutayevdə ( Yaroslavl vilayəti, Rusiya Federasiyası) hazırlanmış on iki zəng var. Zənglər 9 aprel 2017-ci ildə təqdis edilmiş və növbəti iki gün ərzində zəng qülləsinə qoyulmuşdur.

Ölçülər[redaktə | mənbəni redaktə et]

Dizayn xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

  • Sahə - 1386m²;
  • Tutum - 500 nəfər (maksimum 1500 nəfər);
  • Günbəzin hündürlüyü xaç ilə birlikdə 46 m, uzunluğu 46 m, eni isə 28,4 m-dir.

Kafedralın yanında ümumi sahəsi 811 m² olan bazar günü məktəbi də var.[3]

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "На строящийся Воскресенский собор города Кокшетау установлен главный купол". 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-16.
  2. "Глава Казахстанского митрополичьего округа освятил Воскресенский собор города Кокшетау". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-11.
  3. "Храмовый комплекс. Кафедральный собор. Воскресная школа. г.Кокшетау, Казахстан". 2020-10-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-19.