Plyastra

Sidney, Ohiodan bir nümunə

Pilaster, pılyastr və ya plyastramemarlıqda divara yapışdırılmış sütun şəklində istifadə edilən bir tikinti texnikasıdır. Binalarda bəzək elementi kimi istifadə olunur. Dörd künclü bir sütun sütunun yarısı divarın içərisinə yerləşdirilmiş şəkildə olan şaquli bir sütundur. Bəzi hallarda pilaster yarı dairəvi formada da tətbiq oluna bilər.

Ümumiyyətlə, binaların fasadında bir-birinə bağlanmış şaquli sütunlarla harmoniya şəklində görüntü yaratmaq üçün istifadə olunur. Bəzi hallarda, qapı və ya pəncərələrin kənarında bəzək kimi də istifadə edilə bilər.

Qədim RomaQədim Yunanıstan memarlığındaİtalyan İntibahı dövründə geniş şəkildə istifadə edilmişdir. New Yorkdakı Carnegie Hallda tətbiq olunmuş və Almaniya, İspaniya, İtaliyaHindistan kimi bir çox fərqli sivilizasiyalarda da izlərinə rast gəlinmişdir. İntibah və ya Yunan oyanışı memarlığı dövrlərində də geniş istifadə edilmişdir.

Leone Battista Albertinin pilaster texnikasının binalarda tətbiq etmə xüsusiyyətlərini öyrənən Rudolf Wittkower, pilaster üçün aşağıdakı tərifi vermişdir:

“Pilaster, sütundan divara keçid mərhələsi üçün son dərəcə ağıllı bir tətbiq texnikasıdır. Üç ölçülü formasını və daşıyıcılığını itirmiş bir sütun olaraq da təyin edilə bilər.”