Discovery Channel Russia — Rusiya və MDB ölkələrində yayımlanan telekanal.
Discovery Channel Russia | |
---|---|
Ölkə | Rusiya |
Yayım ərazisi |
Rusiya MDB ölkələri |
Dil |
Rus dili İngilis dili |
Yaranma tarixi | 2006 |
Sayt | discoverychannel.ru |
İzləmə üzrə aparılan bir araşdırmaya görə 2009-cu ilin əvvəlində "Discovery" ən böyük yayım sahəsinə malik ikinci qeyri-ümumdünya telekanal idi.[1]
2007-ci ilin axırlarında "Discovery" bütün Rusiyada, eləcə də Mərkəzi Asiya dövlətlərində yayım edən ABS 1 süni peykindən istifadə etməyə başlamışdır.[2][3] 1 dekabr 2007-ci ildən telekanalın reklamları yayımlanmağa başlamışdır.[4] "Discovery" telekanalının Rusiyadakı reklam satışlarının məsulu "Video International" idi.[5]
2006-cı ilə qədər "Discovery" telekanalı Rusiya və MDB ölkələrində Zone Vision tərəfindən təmsil olunurdu. Bu əməkdaşlıq "Discovery" "Media Broadcasting Group Limited" şirkətini öz nümyandəsinə çevirəndən sonra sona çatmışdır.[6][7] "MBG" Rusiyadakı bütün 7 "Discovery" yayımlanmasından məsuldur.[8]