Diskontlaşdırılmış pul axını

Diskontlaşdırılmış pul axını (Discounted cash flow) - İnvestisiya imkanlarının gəlirli olub olmamasını ölçən qiymətləndirmə metodu. İnvestisiyanın dəyərinin müəyyənləşdirilməsi məqsədilə investisiyadan gələcəkdə gözlənilən pul axınlarının diskont faiz dərəcəsi istifadə olunmaqla cari dəyəri hesablanır. Əgər diskontlaşdırılmış pul axını üsulu ilə əldə olunmuş dəyər qiymətləndirilən investisiya imkanlarının xərcindən yüksəkdirsə, investisiya məqsədəuyğun sayıla bilər. Diskontlaşdırılmış pul axını metodu həmçinin şirkətin dəyərinin hesablanması zamanı yəni Xalis Cari Dəyərin hesablanması zamanı istifadə olunur.[1]

Mənbə:[redaktə | mənbəni redaktə et]

  1. MALİYYƏ BAZARLARI TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010,s.68