Dissonans (film, 1978)

Film Bakı İdman Malları Fabrikinin həndbolçu qızlarından, daha doğrusu onların çox gərgin keçən bir oyunundan bəhs edir.

Dissonans
Fayl:Dissonans (film, 1978).jpg
Janr idman
Rejissor Teymur Bəkirzadə
Ssenari müəllifi Fəraməz Səfiyev
Operator Hüseyn Mehdiyev
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1978
Filmin növü qısametrajlı sənədli film
Ölkə SSRİ SSRİ
İl 1978
Texniki məlumatlar 1 hissə
280 metr
35 mm
Rəng rəngli
Çəkiliş yeri Bakı

Bir çox illərdir ki, onların üzv olduğu "Spartak" komandası təkcə SSRİ birinciliklərində deyil, beynəlxalq idman aləmində də respublikamızın idman şərəfini qoruyurlar. Reportaj-filmdə həndbolçuların oyunları dinamik və təsirli şəkildə əks etdirilmişdir. Filmdə idmanın müasir dövrdə əhəmiyyətindən, onun ölkəmizdə daha da inkişaf etdirilməsi üçün yaradılmış imkanlardan və qarşıda duran perspektivlərdən çox maraqlı bir tərzdə danışılır.

Festivallar və mükafatlar

[redaktə | mənbəni redaktə et]
1) 1979-cu ildə Leninqradda VII Ümumittifaq idman filmləri kinofestivalı
  • Sənədli filmə Qızıl Medal verilmişdir.
2) 1979-cu ildə Aşqabadda XII Ümumittifaq kinofestivalı
  • Sənədli filmə parlaq, dinamik kinoreportaja görə münsiflər heyətinin Diplomu verilmişdir.
3) 1980-ci ildə Moskvada
  • Filmə idman jurnalistlərinin Ümumdünya Assosiasiyasının Prizi verilmişdir.
4) 1982-ci ildə Budapeştdə qısametrajlı filmlərin Beynəlxalq kinofestivalı
  • Filmə Bürünc Medal verilmişdir.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Rejissor: Teymur Bəkirzadə
Ssenari müəllifi: Fəraməz Səfiyev
Operator: Hüseyn Mehdiyev
Səs operatoru: Kamal Seyidov
  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.