Divar (film, 1991)

Psixoloji-fəlsəfi mövzuda olan bu kino əsərində belə bir fikir irəli sürülür: insan qarşısına çıxan sədləri, divarları aradan götürmək üçün mübarizə aparmalıdır. Əks təqdirdə bu sədlər, bu divarlar insanı sıxacaq, qəddini əyəcək, onu məhv edəcəkdir.

Divar
Janr dram
Rejissor Ramiz Məlikov
Ssenari müəllifi Yaşar Əliyev
Baş rollarda Tofiq Qarayev — İsmayıl
Laləzar Mustafayeva — Nazlı
Operator Rəfael Salamzadə
Bəstəkar Aydın Əzim Kərimoğlu
Rəssam Fikrət Bağırov
İstehsalçı "Debüt" Studiyası
İlk baxış tarixi 1991
Filmin növü qısametrajlı bədii film
Müddət 24,5 dəq.
Ölkə Azərbaycan Azərbaycan
İl 1991
Texniki məlumatlar 3 hissə
668,9 metr
35 mm
Rəng rəngli

Filmin qəhrəmanı 40-45 yaşlı subay bir kişidir (Tofiq Qarayev). Onun sevdiyi Nazlı (Laləzar Mustafayeva) dul qadındır. Qadının bir oğlu da vardır. Bu uşaq anasının özgə kişiyə ərə getməsinə heç cür razı ola bilmir.

Müəlliflərin fikrincə, uşaq bu iki şəxsin arasında divardır. Bəs nə etməli? Qəhrəman bu suala cavab tapa bilmir.

Film Ramiz Məlikovun quruluşçu rejissor kimi kinoda ilk işidir.

Filmin üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Quruluşçu rejissor: Ramiz Məlikov
Ssenari müəllifi: Yaşar Əliyev
Quruluşçu operator: Rəfael Salamzadə
Quruluşçu rəssam: Fikrət Bağırov
Bəstəkar: Aydın Əzim Kərimoğlu
Səs operatoru: Teymur Abdullayev
Tofiq Qarayev — İsmayıl
Laləzar Mustafayeva — Nazlı
Raziyə Orucova — Səlbi
Zərnigar Ağakişiyeva — Şəfqət bacısı
Ayaz Bayramov — Muxtar
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 320.