Fikrət Bağır oğlu Bağırov (10 dekabr 1935, Bakı – 21 yanvar 1996, Bakı) — Azərbaycanın kino rəssamı, Azərbaycan SSR əməkdar rəssamı (1982), SSRİ dövlət mükafatı laureatı (1980).
Fikrət Bağırov |
---|
|
Doğum tarixi |
10 dekabr 1935(1935-12-10) |
Doğum yeri |
|
Vəfat tarixi |
21 yanvar 1996(1996-01-21) (60 yaşında) |
Vəfat yeri |
|
Fəaliyyəti |
rəssam |
Təhsili |
|
Mükafatları |
1982 1980 |
Fikrət Bağırov 10 dekabr 1935-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1958-ci ildə Azərbaycan rəssamlıq məktəbini bitirərək Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsinə daxil olur. Təhsilini başa vurub Bakıya qayıdan Fikrət Bağırov, "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayır.[1] Əsərləri respublika və xaricdə sərgilərdə nümayiş etdirilib.
1996-cı il yanvarın 21-də dünyasını dəyişmişdir.
- 777 №-li müəssisədə (film, 1988) (qısametrajlı bədii süjet-Mozalan № 129)
- Arşın mal alan (film, 1965)
- Aşkarsızlıq şəraitində... (film, 1986)
- Bağlı qapı (film, 1981)
- Biri vardı, biri yoxdu... (film, 1967)
- Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev (film, 1968)
- De ki, məni sevirsən! (film, 1977)
- Divar (film, 1991)
- Güllələnmə təxirə salınır!... (film, 2002)
- Günlərin bir günü... (film, 1976)
- Həmyerli (film, 1989)
- Həyat bizi sınayır (film, 1972)
- "İmportnı" yaxud zırrama (film, 1972)
- İstintaq (film, 1979)
- Mən ki gözəl deyildim (film, 1968)
- Ömrün ilk saatı (film, 1973)
- Öpürəm (film, 1988)
- Park (film, 1983)
- Rejissor. Ramiz Əsgərov haqqında... (film, 2004)
- Rəngli yuxu (film, 1982)
- Rüstəm İbrahimbəyov (film, 1988)
- Şərikli çörək (film, 1969)
- Yanğın (film, 1975)
- Yaşamaq gözəldir, qardaşım! (film, 1966)
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.