Diya Mirzə

Diya Mirzə (ing: Dia Mirza; hind: दिया मिर्ज़ा; 9 dekabr 1981[1], Heydәrabad[2]) və ya doğum adı ilə Diya Handrik (ing: Dia Handrich) — hind aktrisasımodeldir.

Diya Mirzə
Doğum tarixi 9 dekabr 1981(1981-12-09)[1] (42 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti model[d], gözəllik müsabiqəsi iştirakçısı, kino aktrisası, film prodüseri, aktrisa, prodüser
Fəaliyyət illəri 1999-cu ildən
Təhsili
IMDb ID1069850
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dianın atası, milliyətcə alman olan Frank Handrich qrafika rəssamı, memar, rəssam və interyer dizayneridir və 1990-cı ildə vəfat etmişdir; anası - Benqal Dipa, landşaft dizayneri olub hal-hazırda könüllü olaraq narkomanların və alkoqoliklərin reabilitasiyasına kömək edir; ögey atası - Heydərabaddan olan müsəlman Əhməd Mirzədir (2004-cü ildə vəfat etmişdir). Onun 4 yaşı olanda valideynləri boşanmış və Dia anasının yanında qalmışdır.

Məktəbin 10-cu sinfini bitirdikdən sonra yay tətilində yarımştat işə düzəlmiş - kompüter şirkətində model kimi işləmişdir. Bunun ardınca Emami və Lipton şirkətləri üçün reklam çəkilişləri işlərində işləmişdir.

Mükafatları: Miss India 2000 müsabiqəsində vitse-miss, yəni II yer və Miss Asiya və Okeaniya 2000 müsabiqəsinin qalibidir. Diya Mirza Zeenat Aman və Tara Ann Fonsecadan sonra bu müsabiqədə qalib gələn üçüncü hind qadınıdır.

O, 2001-ci ildə “Sən mənim ürəyimdəsən” filmində Madhavan və Saif Ali Khan ilə debütünü etmişdir.

  1. 1 2 Deutsche Nationalbibliothek Record #143213547 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. 1 2 NDTV. 1988.