Dmitri Laptev boğazı (rus. Дмитрий Лаптев ) -Böyük Lyaxovski adasını Avrasiya materikindən ayırır. Şimal Buzlu okeanına daxil olan Şərqi Sibir dənizi ilə Laptevlər dənizini birləşdirir. Boğazın uzunluğu 115 km, eni 50–61 km, dərinliyi 11–16 m təşkil edir. Sahilləri dayazdır. İlin böyük qismi buzla örtülü olur. Cənubunda (Svyatoy Nos burnu və Kondrateva çayı hövzəsi) bereq Oyoqos-Yar adlanır. Boğaz Dmitri Yakoviç Laptevin şərəfinə adlandırılmışdır. Boğaz 1740-cı ildə kəşf edilir. XIX əsrə qədər boğaz daxilində Diomid adası vardı. Buzun ekzarasiya fəaliyyəti nəticəsində ada suyun altına çökmüşdür.
Dmitri Laptev boğazı | |
---|---|
rus. Пролив Дмитрия Лаптева | |
Ümumi məlumatlar | |
Eni | 50-61 km |
Uzunluğu | 115 km |
Ən böyük dərinliyi | 14 m |
Yerləşməsi | |
72°59′43″ şm. e. 142°22′58″ ş. u.HGYO | |
Ölkələr | |
Akvatoriyası | |
Ayırır | Böyük Lyaxovskiy adasını Avrasiya materikindən |
|