Dmitri Qluxovski (rus. Дмитрий Глуховский) — Rusiya yazıçısı və jurnalist.
Dmitri Qluxovski | |
---|---|
rus. Дмитрий Алексеевич Глуховский | |
Doğum tarixi | 12 iyun 1979[1][2] (45 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, jurnalist, romançı, fantastika yazıçısı[d], ssenarist, hekayə yazıçısı[d] |
Fəaliyyət illəri | 2002-ci ildən |
glukhovsky.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Qluxovski Moskvada doğulmuşdur.[3] Qüdsdəki Hebrev Universitetində Jurnalistika və Beynəlxalq Əlaqələr ixtisası üzrə təhsil almış , cavan olmasına baxmayaraq çox təcrübəli və olduqca nüfuzlu jurnalist peşəsinə sahib olmuş Qluxovski bu günə qədər Fransanın " EuroNews " , Moskvadakı " Russia Today " və " Mayak " radiostansiyalarında işləyib , həmçinin Almaniyanın " Deutsche Well Radio " və İsrailin " Sky News " milli radio efirlərində müxbir olaraq fəaliyyət göstərib . Jurnalist olaraq Mərakeşdən Qvatemalaya , İslandiyadan Yaponiyaya qədər , demək olar ki , bütün dünyanı gəzən Qluxovski , Çernobılda Atom Elektrik Stansiyasının partlaması zamanı o dəh — şətli anlan lentə almaq üçün Ukraynaya gedib ; Baykonurda rus raketlərinin kosmik məkana buraxılmasını yaxından izləmiş ; Qiryat — Şomuna bölgəsində İsrail və " Hizbullah " arasında olan ' qız — ğın müharibənin mərkəzindən bütün dünyaya məlumat ötürmüşdür . Qluxovski Şimal Qütbündən birbaşa yayım həyata keçirən ilk jurnailst adını da qazanıb . Qluxovski rus dili ilə yanaşı , ingilis , fransız , alman , ivrit və ispan dillərini də bilir. Hazırda Moskvada yaşayan jurnalist- yazıçı " Metro 2033 " kitabı ilə 2007-ci ildə Kopenhagendə keçirilmiş " EuroCon " müsabiqəsində Avropa Elmi Fantastik Ədəbiyyat Cəmiyyəti (" the European Science Fiction Society ") tərəfindən " Həvəsləndirmə Mükafatı " na (" the Encouragement Award ") layiq görülüb.