Dmitri armudu

Dmitri armudu (lat. Pyrus demetrii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü.

Dmitri armudu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Mərkəzi Zaqafqaziyada yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 5 m-dək, şarşəkilli çətirli və boz qabıqlı kiçik ağacdır. Zoğları uzun, iti iynəlidir. Meyvələri hamar-şarşəkilli, çılpaq, qonur, tək, qalın meyvə saplaqlarında yerləşir.

İşıqlı qarışıq meşələrdə, daşlı-qayalı quru yamaclarda, aşağı və orta dağ qurşaqlarında, çay vadilərində rast gəlinir. Soyuğa quraqlığa, küləyə, işığa davamlıdır. Torpağa tələbkar deyildir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Naxçıvan MR-da yayılmışdır.

Kənd təsərrüfatı əhəmiyyətli bitkidir. Səhiyyədə və qida sənayesində geniş istifadə olunur. Gələcəkdə meşə salmada isifadəsi məqsədyönlüdür.