Dodurgalar mağarası

Keloğlan mağarası və ya bəzən Dodurgalar mağarası[1]Türkiyənin Dənizli ilinin Acıpayam ilçəsində, Dodurga məhəlləsində yerləşən mağara.

Keloğlan mağarası
Yerləşməsi
37°23′15″ şm. e. 29°29′59″ ş. u.HGYO
Ölkə
Keloğlan mağarası xəritədə
Keloğlan mağarası
Keloğlan mağarası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Mağara inzibati baxımdan Dənizli ilinin Acıpayam ilçəsində, Dodurga məhələsindədir. Fiziki-coğrafi baxımdan isə Mallı dağının şərq yamacında yerləşir.[1] Mağara 145 kilometr uzunluğunda və 5–6 metr hündürlüyündədir. Girişi dar olan mağaranın içərisində hava nəm və istidir. 1998-ci ildə aparılmış araşdırma zamanı 32 °C temperatur və 65% mütləq nəm qeydə alınmışdır.[2] Girişə görə ən dərin yeri 5 metrdir.[1]

Mağaranın əsas görməli xüsusiyyəti stalaqmitstalaktitlərlə, eləcə də, təbii otaq və bölmələrlə zəngin olmasıdır. Çıxıntılı quruluşa malik mağarada böyük bir salon yerləşir. Mağaranın girişində kiçik yarasa koloniyası var.[2]

Kəloğlan mağarası 1990-cı illərə qədər diqqət cəlb etməmiş, sadəcə çobanların bildiyi bir mağara olmuşdur. Dənizli valiliyinin və Dodurgalar bələdiyyəsinin müraciətindən sonra mağara 2003-cü ildə turizmə açılmışdır. Bu məqsədlə 3 kilometrlik asfalt yol çəkilmişdir. Mağarada burada tapılmış bizon kimi müxtəlif heyvanlara id sümüklər sərgilənir. Mağarada işıqlandırma sistemi yaradılmışdır.[2] Mağara illik 19 min turizm qəbul edir.[3] 2021-ci ildə Ətraf Mühit, Urbanizm və İqlim Dəyişikliyi Nazirliyi tərəfindən mağaraya mühafizə statusu verilmişdir.[4]

Mağara astmabronxitdən əziyyət çəkən şəxslər tərəfindən ziyarət olunur.[2][3] Rəvayətə görə astma xəstəsi olan bir çoban bu mağarada yatdıqdan sonra xəstəlikdən qurtulmuşdur.[5] Mağara keçəl çoban haqqında olan rəvayətə görə tanınır və adını həmin rəvayətdən götürüb. Rəvayətə görə bir çoban keçəl olduğu üçün sevdiyi qızla evlənə bilməmiş və özünü bu mağaraya məhkum etmişdir. Mağarada keçirdiyi vaxt ərzində saçları çıxmış və kəndə qayıdaraq sevdiyi qızla evlənmişdir. Bu səbəbdən saçı tökülən və keçəl şəxslər bu mağaranı ziyarət edib şəfa tapacaqlarına inanırlar. Mağaranın suyunun saç dərisinə yaxşı təsir göstərdiyinə inanılır.[6]

  1. 1 2 3 "Keloğlan (Dodurgalar) Mağarası - Denizli". Mədəniyyət və Turizm Nazirliyi (Türkiyə) (türkcə). 12 yanvar 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2024.
  2. 1 2 3 4 "Acıpayam Keloğlan Mağarası". Acıpayam Kaymakamlığı (türkcə). 15 aprel 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2024.
  3. 1 2 "Denizli'deki mağaralar binlerce ziyaretçiyi ağırlıyor". D20 (türkcə). 22 noyabr 2023. 11 noyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2024.
  4. "Keloğlan Mağarası, koruma altına alındı". Denizli 24 Haber (türkcə). 19 fevral 2021. 11 noyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2024.
  5. "Keloğlan Mağarası Doğal Güzelliği ile Kendine Hayran Bırakıyor". Denizli Valiliği (türkcə). 10 avqust 2015. 11 noyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2024.
  6. "Keloğlan Mağarası, saçı olmayanların ve dökülenlerin ilgisini çekiyor". NTV (türkcə). 21 oktyabr 2020. 11 noyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2024.