Bizon

Bizon (lat. Bison) — Boşbuynuzlular fəsiləsindən öküz cinsi. İki müasir növü var: ZubrAmerika bizonu.

Bizon
Elmi təsnifat
Beynəlxalq elmi adı

Bizonlar 10-20 baş kiçik sürülər halında yaşayırlar. Erkək və dişilər ayrılıqda yaşayırlar. Yalnız cütləşmə dövründə erkəklər dişilərlə birləşərək böyük sürülər əmələ gətirir. Bu zaman onların çıxardıqları səsləri 7 kilometr məsafədən eşitmək olur. Bizonların cütləşmə dövrü may ayından sentyabr ayına kimi davam edir. Cütləşmə dövründə erkəklər bir neçə gün seçdikləri dişi ilə birlikdə olur və digər erkəkləri qovurlar. Bəzi hallarda erkəklər arasında olan döyüş ölümlə nəticələnir. Doqquz aydan sonra bizonlar dünyaya bir bala gətirirlər. Balalarını yeddi ay südlə bəsləyirlər.

Azərbaycan faunasına aid olmasa da bizona aid olan sümüklər, bu heyvanın sümüklərindən düzəldilmiş əşyalar Qobustan ərazisində tapılmışdır. Qobustan qaya rəsmlərində bizon təsvirlərinə rast gəlmək mümkündür. Lakin yer quruluşunun fövqəladə dəyişikliyinin baş verməsi səbəbindən bəzi canlılar kimi bizonların da böyük qismi məhv olub.[3]

Hazırda Xızı rayonunun meşə massivində saxlanılan bizonlar buranın təbii mühitinə uyğunlaşıb və nəslini artırma imkanı daha əlverişli sayılır. Belə ki, 2015-ci ildə Azərbaycana Rusiyanın şimal vilayətindən gətirilmiş 2 baş bizon 2016-cı ildə nəsil artırmışdır. Heyvanlar yerli mühitə uyğunlaşdıqdan sonra onlardan bir dişi bala əldə olunmuşdur.[3]